adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Mart 2017 21:15
3143
HADİSƏ
A- A+

Salyanda 16 yaşlı qızı maşın vurdu

Salyan rayonunda 16 yaşlı piyadanı avtomobil vurub.

Adalet.az xəbər verir ki, hadisə Salyan şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.

Həmin küçədə, ev 241 ünvanında yaşayan Ləman Qubad qızı Qubadovanı ictimai nəqliyyatdan düşüb yolu keçmək istəyərkən avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.