adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Mart 2017 19:36
12773
SİYASƏT
A- A+

FHN-in helikopteri Xəzərdə 4 balıqçını xilas etdi

Martın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km uzaqda dənizə balıq tutmaq məqsədilə çıxan balıqçıların qayığının deşilərək içərisinə su dolması və batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Adalet.az FHN-in saytına istinadən məlumat verir ki, dərhal nazirliyin Aviasiya Dəstəsinin 1 ədəd helikopteri xilasedicilər qrupu ilə birlikdə hadisə yerinə cəlb edilib. Görülmüş operativ xilasetmə əməliyyatı nəticəsində balıqçılar - Əliyev Nəbi Abdulla oğlu, Axundov Loğman Ərəstun oğlu, Əliyev Azər Nəbi oğlu və Quliyev Bəxtiyar Aydın oğlu xilas olunub.

Balıqçılar FHN-in Aviasiya Dəstəsinin helikopteri ilə sahilə gətirilib.

****

Xəzərdə balıqçı qayığı çevrilib.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km dənizdə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının çevrilməsi məlumatı daxil olub.

Dərhal nazirliyin Aviasiya Dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb edilib, batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçını xilas edərək sahilə gətirir.