adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Mart 2017 17:57
3991
HADİSƏ
A- A+

Xəzərdə balıqçıların qayığı çevrildi

Xəzərdə balıqçı qayığı çevrilib.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km dənizdə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının çevrilməsi məlumatı daxil olub.

Dərhal nazirliyin Aviasiya Dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb edilib, batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçını xilas edərək sahilə gətirir.