MƏNİM HAVAMIN DALĞASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
68323 | 2017-03-10 17:05

O, öz koordinatına düşə bilmir

Deyəsən havalar düzəlir. Bunu mən demirəm, Ekologiya Nazirliyinin adıbəlli xüsusi idarəsi var, onlar yayırlar hava haqqında məlumatı. Mən də o məlumatagüvənib yazıram cümlələri. Amma bir güvənc yerim də var…

Hələ lap kiçik yaşlarımdan böyüklərdən, ağbirçəklərdən eşitmişdim ki,gecələr aya diqqət yetirmək lazımdır. Əgər ayın yarı hissəsinin çox tərəfi dik,yəni səmaya tərəf dayanıbsa, deməli, quraqlıq olacaq. Hətta evimizdə, öz ocağımızdada bunu müşahidə etmişdim. Sübh tezdən meşəyə, ya əkinə-biçinə getmək məsələsi ortayaçıxanda atam, daha çox isə nənəm əlini gözünün üstünə qoyub ayı seyr edərdi. Vəsonra da öz-özünə danışırmış kimi deyərdi:

- Ayın bir qulağı dikdi, sabah quraqlıq (yəni isti – Ə.M.) olacaq.

İndi mən də həm hava bürosuna, həm də öz bilgimə güvənib yazıram ki, havalardüzəlir. Bu çox yaxşıdı. Heç olmasa kasıbın qızınma problemi təbii şəkildə öz həllinitapır. Yəni, Allahın, kasıb bəndələrinə rəhmi gəlir. Yazın nəfəsi ilə yanaşı, istihavaları da göndərir biz tərəfə. Biz deyəndə mən özümü də nəzərdə tuturam. Çünkibu gedişlə yaxın günlərdə çadır qurmalı olacam - sığınmaq üçün, nəvələrimi gecəninayazından, gündüzün tez-tez dəyişən qarışıq havasından…

Bəli, təbiət öz işindədi. Və onun bu işi mənim də daxilimdə qarışmış havanınə qədər cəhd etsə də, təsir göstərsə də, axarına sala bilmir. Elə bil ki, içimdəkihava təbiətlə, daha doğrusu, ətrafımdakı hava durumuyla tərs keçilər kimi baş-başagəlib, heç biri geri çəkilmək istəmir. Mən də oyanmaqda olan ağaclara, artıq səs-səsəverməyə başlayan quşlara nə qədər diqqət yetirsəm də, onlara qarşı nə qədər həssasolsam da, içimdəki havanın boğanağından bütün bunları canımın istədiyi kimi yaşayabilmirəm. Düşünməyin ki, artıq əlimi həyatdan üzmüşəm. Yox! Adətən deyirlər ki,ümid sonda ölür. Həm də deyirlər ki, axırıncı gülən qalib olur… Lakin nə qədər desələrdə, görünən kənd bələdçi istəmədiyi kimi, mənim yaşadıqlarım da, mənim durumumda,ətrafımdakılar da çıxılmazlığı, hərəkətsizliyi, bu hərəkətsizliyin içində də israrlıtəzyiqi yaşamağa məcburdular. Onu heç bir qoruyucu vasitə ilə özündən uzaqlaşdırmaqmümkün deyil. Lap çılpaq, birbaşa desəm, bütün bunlar sanki bir zəncirin həlqələridi.Bir-birinin daxilinə keçə-keçə uzanıb gedir. Nə qırmaq olmur, nə də həlqələrin hansısabirini o sıradan çıxarmaq. Sanki bir xətt boyunca düzülüb hər şey. Elə bil ki, böyükbir yarğanın üstündən tir atılıb. O tirin üstüylə keçib getmək lazımdı. Bu yerdəyadıma yuvasına dən daşıyan qarışqaların açdığı yol da düşür. Siz də onu gözünüzünqarşısına gətirin. Onda mənimlə razılaşacaqsınız. Görəcəksiniz ki:


Gecə dirəşib durur

Səhəri açmaq olmur…

Ürəyim elə vurur -

Səsindən qaçmaq olmur…


Sayıram ulduzları

Sonda qarışıq düşür…

İncidəndə qızları –

Yada barışıq düşür…


Gecəm, nə də gündüzüm

Sənsiz olmur bunu bil…

Ürəyim cənnətindi –

Sənsə orda açmış gül!..


Hə, deməli, gecədən səhərə çıxmağın yolu təbii ki, öncə dözümdü, sonrada dan ulduzuna gözünü dikib dan yerinin sökülməsini gözləmək. Amma gözləməyin dəöz zülmləri, öz əzabları var. Buna tab gətirmək necə deyərlər, bu sınaqdan çıxmaqhər adama nəsib olmur. Gah əsəblər pozulur, gah fikirlər qarışır, gah yuxu adamıaparır, gah dərd adama təkrar yüklənir, gah da gözünün önündə min cür kölgələr canlanır- vahiməli kölgələr! İnanın ki, mən bütün bu yazdıqlarımı öz həyatımda, öz təcrübəmdəgörmüşəm, sınamışam, yaşamışam. Və gəldiyim son, qəti qərar isə bu olubdu:

- Özünə güvən, özünü ələ al! Gözünü dan üzünə zilləyib dan yerinin sökülməsinigözlə! Bax, onda gecədən səhərə çıxacaqsan, özü də ürəyindəkilərlə birlikdə. Ürəyindəolanlar isə arzularındı, xəyallarındı, təbii ki, bir də görüşünə tələsdiyin…

Deməli, bütün bu sıxıntılar, bütün bu basqılar daha çox ürəyə yönəlir.Ən çox insanın qafasını sıradan çıxarmağa çalışır. Nəticədə ürək də ağır tapır,qafa da. O yerdə ki, orda dözüm bitir… orda müqavimət tükənir və qurtarır… ordahaqsızlıq söz sahibi olur… orda xəncər namərd əlinə keçir… Bax, mənim də ürəyimin,qafamın ağrıyıb qarışması, yəni dərdlə, fikirlə yüklənməsi məhz bu haqsızlıqdanirəli gəlir… onun diqqəti, onun ifadəsi olur. Ona görə də əllərimlə başımı nə qədərsıxsam da, onun ağrısını azalda bilmirəm. Həbləri ovuclayıb udsam da, ürəyim ipə-sapayatmır. Yəni həblərə tabe olmur. Çünki mənfi dalğa öz işindədi… çünki mənfi axınməni büküb bələyir… məni özünün əsirinə çevirir… Bu yerdə yadıma filmlərimizdənbir ifadə düşür:

- Yenə həmin koordinat, yenə həmin dalğa…

İndi siz də düşünəcəksiniz ki, mən ancaq özümü, öz dərdimi, öz problemimi yazıram. Necə deyərlər,hər dəfə eyni fikirləri, eyni cümlələri bilgisayara söyləyirəm. Burada nə qədərhaqlı olsanız da, mənim haqqımın tapdalanmasına etirazı, başqa yolu tapa bilmədiyimdənmən bu yazıların silsiləsini davam etdirirəm. Və istəyirəm ki, biləsiniz:


Mən özüm bildiyimdən

Özüm qədər uzağam…

Gözlərim bildiyindən -

Gözüm qədər uzağam…


Gecə-gündüz yandığın

Sirr doludu sandığın!

Ocağında yandığım -

Közüm qədər uzağam…


Ömründə bir yol barı

Ürəyini aç, yarı…

Dildi ürək açarı -

Sözüm qədər uzağam…


***

2017-ci ilin üçüncü ayının ikinci ongünlüyündə ağlımdan gəlib keçən birfikri sizə də demək istəyirəm. Düşünürəm ki, bunu yaşantılarımın həm məntiqi nəticəsi,həm də bu günün reallığı kimi qəbul edəcəksiniz. Doğrudur, onu mən öz səhifəmdəstatus içində yazmışdım. Vurğulamışdım ki:

- Görəsən bu məmləkətdə söz adamına ev bağışlaya bilən bir Allah bəndəsivarmı?!

Etiraf edim ki, statusumla bağlı yazılan şərhlərdə, bildirilən münasibətlərinheç birində Azərbaycanda belə bir Allah bəndəsinin yaşadığı dilə gətirilmədi. Vəmən də bu kollektiv müzakirənin nəticəsində belə bir fikirlə tam razılaşdım ki,gözəlim Azərbaycanda söz adamına bir koma bağışlayacaq imkan sahibi olan bəndə yoxdur.Neyləyək?! Əslində bu, söz adamlarının faciəsi, ağrısı, lap açığını desəm, gərəksizliyidemək deyil. Əksinə, bu, onları oxumaq, görmək istəməyənlərin əqli məhdudluğu, birdə görmələrinin zəifliyidi. Yəni Allah söz adamlarını xüsusi mərtəbədə saxlayır,onlara xüsusi missiya verir. Onları görməyənlər, onları oxumayanlar həm də Allahınmükafatlandırdığı bəndələri heçə sayanlardı. Bunun nəticəsi də onlar tərəfindənAllaha etinasızlıqdı!..

Həqiqətən eni-boyu, sürətlə hərəkət edən maşın üçün, 4-5 saatlıq yol olanbu məmləkətdən eni-boyu 10x10 ölçüdə olan torpaq tapılmır ki, oraya «yuvam!»deyim,oraya «yurd yerim!» deyim… oraya «evim!» deyim… Bu sözləri deyəndən sonra da birAllah bəndəsi kimi də dərindən «ah» çəkim, çiynimdəki yükümü götürüb yuvamın, yurdyerimin kandarında yerə qoyum. Və deyim ki, bitdi artıq çətinliklər… çözüldü artıqproblem… gözləməkdən, yollara boylanmaqdan qurtuldum… və onu da deyim ki, özümünözümə təsəlli üçün yazdığım bir şeirim elə həmin anda yaddaşımda mütləq təzələnər.Həmin şeirimdə yazmışdım:


Qalmışam dərdlərimin

Yollarında avara…

Dərdimin yoları tək -

Yollarım da avara…


Gözümü yollar alıb

Gözümdən yol da salıb…

Elə uzalı qalıb -

Qollarım da avara…


Dərdimin yox soyadı

Ad vərəqi sayadı!

«Öl!»lərim boy-boyadı -

«Ol!»larım da avara!..


***

Hə, özümdən, öz qayğılarımdan, öz iç dünyamdan yazmaq, onları hər güntəkrar-təkrar ağıl süzgəcindən keçirib kağıza köçürmək o qədər də asan iş deyil.Belə baxanda bu hardasa eyni musiqiyə gün ərzində fasiləsiz qulaq asmağa da bənzəyir.Nə qədər xoşagələn, nə qədər düşündürücü olsa da, musiqidən olmasa da, dinləməkdənadam yorula bilir, usanır. Bu mənada sizlərin mənim yazılarımı oxumaqdan yorulduğunuzuhiss edirəm, duyuram, anlayıram. Təkrar olsa da, demək istəyirəm ki, siz də məniduyub anlamağa çalışın. Bilin ki, iç dünyamı, qafamda olanları bölüşməyə başqa nəyerim yoxdu, nə də bir kimsəm. Ona görə də üzümü sizə, diqqətimi bilgisayara yönəldirəm.Açıram ürək kitabını, köçürürəm «Ədalət»in səhifəsinə. Və bir də onda baxıb görürəmki, qəzetin səhifəsində özümə ayırdığım köşə yerində yenə dərdlərimdi… yenə ağrılarım… yenə sizə vəona ünvanladıqlarım… Ona görə də özümü unutmağa özümü nə iləsə yola verməyə cəhdedirəm. Lap elə bu şeirdəki kimi:


Əzrayıl qapısında

Növbə tutub durmuşam…

Növbəsiz keçənlərə -

Söz yarası vurmuşam…


Vərəq-vərəq sökülən

Kitabın son nəşriyəm…

Yarpaq-yarpaq tökülən -

Ağacın son həşriyəm…


Burda da bəxtim yatıb

Burda da sayılmıram…

Dəryada gəmim batıb -

SOS-a da ayılmıram…


Gör necə bəndəyəm ki,

Kirpiyimdə yaş yanır!

Varlığımla çevrəmdə -

Ağrı-acı yaşanır…


Məhz bu şeirdən sonra bilmirəm sizin mənə olan iradlarınızdan yayına bildimmi?Əgər bildimsə, çox sağ olun. Yox, yayınabilmədimsə, onda demək, hələ sizin qəlbinizə bütünlükdə yol tapa bilməmişəm. Necədeyərlər, mənim içimdəki havanın dalğası öz koordinatında, öz yerində deyil. Onagörə də bu məmləkətin havasıyla yaşamalı, havasına köklənməli olacaqsınız. Çalışınki, kökdən düşməyəsiniz… Mən isə…

Bəli, mən artıq kökdən düşmüş bir musiqi aləti kimi qalan həyatım boyuda özümü ifadə edəcəm. O dediyim yuvanı, yurd yerini, evi haqq edənə qədər. Onaqədər ki, bu yazdıqlarım məni azacıq da olsa ovutsun və həm də ümid versin. Ümidversin ki, öz havamın dalğasına düşə bilim…


TƏQVİM / ARXİV