adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Mart 2017 16:17
16471
MƏMLƏKƏT
A- A+

Birinci vitse-prezident xanım Mehriban Əliyevaya

Azərbaycan Respublikası Birincivitse-prezidenti xanım Mehriban Əliyevaya



Hörmətli Mehriban xanım,

Hörmətli cənab prezident İlham Əliyevin sərəncamı ilə birinci vitse prezident təyin olunmanız münasibəti ilə Sizi səmimi qəlbdən Dünya Azərbaycanlıları Assambleyası idarə heyyəti adından və bugün mövcud olan 22 ölkədəki təmsilçilərimiz adından təbrik etmək istərdik.

Əlbəttə bütün topluma sizin Heydər Əliyev Fondunun rəhbəri olaraq imza atdığınız lahiyələr məlumdur. Hələ millət vəkili olduğunuz zamanlar humanizm prinsiplərinə söykənərək Milli Məclisdə aministiya aktına təşəbbüs göstərməniz, ata , ana qayğısından məhrum olan uşaqların ev şəraitinin yaxşılışdırılması , şəraiti ağır olan uşaq evlərinin təmir edilərək yüksək şəraitdə kimsəsiz uşaqların istifadəsinə verilməsi ilə bağlı, dünyanın bir sıra ölkələrində ölkəmizin tanınması istiqamətində atdığınız addımlardan, gördüyünüz işlərdən məlumatımız var. Məhz bütün bunlara görə hesab edirik ki, bu təyinat alqışlanacaq təyinatdır.

Biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar olaraq təyinatınızdan aldığımız sevinc hissini sizinlə bölüşmək istərdik.

Bundan sonra sizin atacağınız bütün addımların arxasında olduğumuzu bəyan edir, vətənimiz üçün görəcəyiniz gözəl işlərin uğurla nəticələnməsi baxımından biz xaricdə yaşayan həmvətənlilər olaraq sizinlə olduğumuzu bildiririk.

Bir daha sizə işlərinizdə uğurlar arzu edir , sizə ən səmimi arzularımızı göndərir və sizi bağrımıza basırıq.

Hörmətlə ,

Rəşad Quliyev

Dünya Azərbaycanlıları Assambleyasının prezidenti

Almaniya , Köln

09.03.2017