adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Mart 2017 16:45
5031
İDMAN
A- A+

Fevralın ən yaxşıları açıqlandı

İngiltərədə fevral ayının ən yaxşı futbolçusu və baş məşqçisinin adı açıqlanıb. 

Adalet.az-ın xarici mətbuata istinadən məlumatına görə, "Tottenhem”in hücumçusu Harri Keyn ən yaxşı futbolçu seçilib.

Səsvermədə iştirak edən 40 mindən çox azarkeşin çoxu İngiltərə millisinin üzvünü buna layiq bilib.

Ötən ayın ən yaxşı baş məşqçisi isə "Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola seçilib. İspaniyalı mütəxəssisin rəhbərliyi altında "şəhərlilər” "Vest Hem”i (4:0) və "Bornmut”u (2:0) səfərdə, "Svensi”ni (2:1) isə evdə məğlub edib.