adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Mart 2017 16:15
15135
SİYASƏT
A- A+

Zaxarova Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolundan danışdı

RusiyaATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə bərabər və Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə verdikləri beş bəyanat əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz vasitəçi rolunu davam etdirmək niyyətindədir.

Adalet.az xəbər verir ki, bu barədə həftəlik brifinqdə Rusiyanın XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Oxatırladıb ki, bu sənədlərdə problemin hərbi həllinə yer yoxdur.Burada Azərbaycan və Ermənistan prezidentlərinə məsələni güc tətbiq etmədən həll etməyə dair çağırış var.

"Üçlüyün razılaşdırdıqları yanaşmalar çərçivəsində paralel olaraqAzərbaycan və Ermənistan ilə əsas məsələlər üzrə açıq fikir mübadiləsi aparmağa imkan verən yaxın münasibətlərdə olan Rusiyanın sərbəst səyləri davam edəcək”, - oəlavə edib.