adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Mart 2017 16:05
5828
İDMAN
A- A+

UEFA “Barselona” - PSJ matçının hakimindən narazıdır

UEFA Çempionlar Liqasının 1/8 finalının "Barselona” – "PSJ” (6:1) cavab matçında baş arbitr Dəniz Aytəkinin işindən narazıdır.

Adalet.az xəbər verir ki, bu barədə "Marca” məlumat yayıb.

Nəşrin məlumatına görə, UEFA Hakimlər Komitəsininrəhbəri Pyerluici Kollina alman hakimininişinə dair hesabatı artıq alıb. Kollina öz heyəti ilə birgə Çempionlar Liqası və Avropa Liqasının matçlarına arbitrlərin təyin edilməsini müəyyən edir.

Yaxın zamanda Aytəkinin işiqiymətləndiriləcək. Hazırkımövsümdə hakim görüşləri mühakimə etməyə icazə verilməyəcək, o, müəyyən müddətə işdən kənarlaşdırıla bilər.

"Barselona” - PSJgörüşündən sonra futbol ictimaiyyəti və bir çox mütəxəssislər bir neçə oyun epizodunda arbitrin qərarından narazı qalıblar.

Əsasən də Aytəkinin Luis Suaresə qarşı penalti təyinetmə qərarı ən çox müzakirə edilənlərdən olub.