DÜNYADAN HEÇ NƏ UMMAYAN ADAM

FAİQ QİSMƏTOĞLU
71498 | 2017-03-10 14:46

…Onda isti avqust günləri idi. Biz də Füzuli şəhərindəki «Araz» qəzetiredaksiyasında təcrübə keçirdik. Azərbaycan Dövlət Universitetinin jurnalistikafakültəsində oxuyanda mütləq bu mərhələni addamalıydıq. Yəni hər hansıredaksiyada təcrübədə olmalıydıq. I kursda olanda «Bakı və Baku» axşam qəzetlərindəböyük ziyalı və müəllimimiz olmuş Nəsir İmamquliyevin yanında təcrübəkeçmişdik. O da bizə müəlllim kimi bütün köməkliyini, qayğısını göstərmişdivə əməkdaşlara da tapşırıq vermişdi ki, gözləri bizim üstümüzdə olsun. Çox sağolsunlar, hamısının nəzər-diqqəti bizdə oldu və biz tələbələr də az-çox təcrübədəolanda bu peşəkar jurnalistlərdən müəyyən yazı-pozu işlərini öyrənə bildik…

Axı, Füzulidəndanışırdım. O Füzuli ki, 1976-cı ildə biz onun havasını udurduq, suyunuiçirdik, çörəyini yeyirdik. «Araz» qəzetinin redaktoru Məcnun Namazəliyev bizimhər üçümüzü – Nizaməddin Rəfiyevi, Teyfur Mehdiyevi və bu sətirlərin müəllifiniçox böyük sevgiylə qarşıladı. Sonra da qəzetin məsul katib, bizim yaxın qohum,daha doğrusu, yeznəmiz olan Əsgər Şıxəliyevi otağına çağırdı. Bizimlə tanışetdi və dedi ki, bu tələbələri sənə tapşırıram. Az-çox yazmağı bacarırlar. Ammaburda da çox şey öyrənə bilərlər. Çalış maket işini də onlara öyrət. Əsgər müəllim çox səmimi,yumorlu və şirin bir insandı. O, özünəməxsus bir səmimiyyətlə dilləndi:«Vallah, quyuya su tökməklə quyu sulu olmaz. Gərək bunların qabında bir şeyolsun ki, nəsə bizdən öyrənə bilsinlər».

… İsti avqustgünlərində adamın nəfəsi tıncıxırdı. Bizim kəndlə Füzuli şəhərinin arası 50 kmolardı. İsti havalarda Bəhmənlidə durmaq mümkün deyildi. Ona görə də bir balacamaddi durumu babat olan adamlar özlərini şəhər istiqamətinə verər, orda bulaqbaşında, meşələrdə yayın istisindən canlarını qurtarardılar. Biz də təcrübəyə gələndə«göydən od yağırdı». Amma elə ki, Füzuli şəhərinə gəldik, o dəqiqə hava sərinləşdi…

Əsgər Şıxəliyevbizim hər üçümüzə diqqətlə baxaraq dedi: «Yazılarınız xoşuma gəlib. Tək mənimdeyil, Məcnun müəllimi, Kərəm müəllimi də qələmə aldığınız yazılar qane eləyib.Ona görə də bu gün günorta bizim qonağımızsınız. İstəyirik ki, bir tikə çörək kəsəkvə sizinlə bir qədər də yaxınlaşaq».

Günortaredaksiyanın qarşısındakı parkdakı yeməkxanaya üz tutduq. Biz ora çatana qədərxidmətçilər stolun üstünə bütün soyuq qəlyanaltıları düzmüşdülər. Bir azpendir-çörəkdən, pomidor-xiyardan yedik, sonra lülə və tikə kabablar gətirdilər.Yuxanın arasına qoyulmuş lülə və tikə kababların dadı bu gün də damağımızdangetməyib. Araq da gətirdilər. Düzdü, mən içmədim, amma o biri dostlarımızyaxşıca boğazlarını yaşladılar. Stolun arxasında əyləşmiş Əsgər Şıxəliyev və rəhmətlikKərəm Hətəmov hər üçümüzün sağlığına badə də qaldırdılar. Dedilər ki, siz indigəncsiniz, bizim də xeyli yaşımız var. Az-çox dünyanın hər üzünü görmüşük.Cavanlığın, gəncliyin qədrini bilin. Bir sözlə, həmin gün açılmış süfrə ömrümüzboyu yadımızda qaldı. Belə səmimiyyət, belə ürəkaçıqlığı hər yerdə olmur…

… Bəzən görürsənki, bir istedadlı adamı hansısa tabeliyində olan müdir incidir, sıxır, onamin-bir əziyyət verir. Amma biz «Araz» qəzetində təcrübədə olanda o yaradıcıkollektivdən sadəlik, səmimiyyət, sevgi hiss elədik. Əksinə, bilmədiyimiz çoxsirləri onlar bizə aşıladılar. Elə adamlar var ki, paxıldılar, bildiyini kiməsəöyrətmir. Ancaq Əsgər Şıxəliyev bizim hər üçümüzü hər gün mətbəəyə aparır, ordamaketlə bağlı bilgilərini bizə çatdırırdı. Deyirdi ki, bu iş elə işdi ki, hərbir jurnalist bundan az-çox baş açmalıdı. Yəni Əsgər Şıxəliyev heç kimin eləmədiyiböyüklüyü, sevgini, sədaqəti bizdən heç vaxt əsirgəmədi.

… Günlərin birgünü də bir yazı qələmə almışdım. Əsgər müəllim baxdı, nəsə xoşu gəlmədi. Keçdimakinə otağına, özü bədahətən bir yazı qələmə aldı. O yazının da adı belə idi:«Ürək odur daim yana…» Səhər qəzeti alanda həmin yazının altında Əsgər müəllimindeyil, öz imzamı gördüm. Gördüm ki, Əsgər müəllim bir ustad, bir peşəkar kiminecə yazı yazmağı mənə öyrətdi. Təbii ki, biz də onların iradlarını, fikirlərininəzərə almaqla zaman-zaman gəlib öz yolumuzu tapa bildik...

… Yazımın əvvəlindəqeyd eləmişdim ki, Əsgər Şıxəliyev bizim yezənmizdi. Yəni mənim qohumum,can-ciyərim Qələmnaz xanımın həyat yoldaşıdır. Mən qəzetdə təcrübədə olanda birneçə dəfə onun təkidlərindən sonra evlərinə getdim. Hər dəfə də o evə gedəndə Qələmnaz xanım məni eləmehribanlıqla, elə sevgiylə qarşılayırdı ki, sözün açığı bu səmimiyyətdənutanırdım. Hətta gecələr orda qalmağımı istəyirdilər. Amma buna heç cür razıolmurdum. Onsuz da Bəhmənlidən, eləcə də Yağlıvənddən bu evin qonaq-qarası çoxolardı. Çünki şəhərə gedənlər ən çox onların qapısını açar və onlarda da gecələyərdilər.Qələmnaz xanımın bir dəfə bişirdiyi bozbaşın dadı bu gün də damağımda qalıb.Çox bozbaş yemişəm, ancaq elə dadlı bozbaş yeməmişdim. Bilmirəm, ət dadlıydı,yoxsa mənim qohumumun əlləri bərəkətliydi. Amma hər halda, Qələmnaz xanım çoxgözəl insan, çox gözəl də qohumdu.

Tez-tez onlara zəngvururam. Çünki indi onlar Füzuli rayonunun Araz Yağlıvənd kəndində yaşayırlar.Hər dəfə də zəng vuranda elə telefonu mənim qohumumum Qələmnaz xanım açır:«Başaa dönüm, nə yaxşı zəng vurmusan? Balaların, yoldaşın, nəvələrin necədi?Qurban olum sənə, nolar bir dəfə də yolunu bir bizə sal! Bilirəm ki, əmini çoxistəyirsən. Bu dəqiqə telefonu əminə verərəm səninlə danışar…»

Əsgər müəllim də özünəməxsus bir şirinliklə deyir:«Başaa dönüm, nə yaxşı zəng elədin. Bilirsən ki, səni çox istəyirəm. Ammainsafın olsun, bir dəfə rayona gələndə yolunu bizdən sal! Bax, bu yaxınlarda 75yaşım tamam olajax ha! Gəlsən çox sevinərik. Sən yaxşı kişinin oğlusan və heçvaxt bizi yaddan çıxarmazsan».

Əsgər Şıxəliyev1942-ci il martın 22-də Füzuli rayonunun Araz Yağlıvənd kəndində anadan olub.Əsgər müəllim çox çətinliklər, çoxsıxıntılar yaşayıb. Ancaq hamısını da öz zəhmətiylə, öz qüvvəsiylə arxada qoyub.Yəni həyatın sərt tufanı, şaxtası, qarı onu heç vaxt sarsıda bilməyib. İncəsənətİnstitutunu bitirib və bir müddət ixtisasına uyğun işdə çalışıb. Ondan sonra nəaz, nə çox rayonda çıxan «Araz» qəzetində 8 il müxbir, məsul katib vəzifələrindəişləyib. Özünün çox gözəl məqalələri, reportajları, müsahibələri, oçerkləri vəfelyetonlarıyla oxucuları sevindirib. Əsgər Şıxəliyevin «Araz» qəzetindəhazırladığı «qoşa səhifələr» bu gün də mənim xatirimdədi. Həm yazının tərtibatı,həm də ki, bədii dəyəri o dövr üçün çox unikal hadisəydi. Üstəlik də Əsgər müəllimhər hansı yazını qələmə alarkən çox böyük sevgiylə, istəklə o yazını başaçatdırırdı. Yəni o yazını, o oçerki oxuyan adam mənən dincəlir iç dünyasınaişıq, nur gələrdi…

Əsgər Şıxəliyevdüz 50 il partiya, sovet, icra orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb.O hansı vəzifəni daşıyıbsa, həmişə o vəzifəni yüksəkliyə qaldırıb. Bu da təsadüfideyil. Çünki Əsgər Şıxəliyev çox böyükziyalı, çox gözəl insan, çox da səmimi bir şəxsdir. Elə bir adam olmaz ki, Əsgərmüəllim onun dilini tapa bilməsin və onunla «qurban olum», «başa dönümlə»danışmasın. Bu səmimiyyəti də Əsgər müəllimi böyük Füzuli camaatına sevdirib.

Əsgər müəllimin ənböyük var-dövləti onun el-oba arasında qazandığı nüfuzu, xətridir. Yəni Əsgər müəllimhansı məclisə, hansı xeyir-şərə getsə, çoxları ona hörməilə yanaşır, ayağaqalxır və öz isti münasibətini bildirir. Çünki Əsgər Şıxəliyev 50 il işlədiyimüddətdə başqaları kimi özünü vəzifədə dartmayıb. Kim onun yanına gedibsə ayağaqalxıb, ona köməklik göstərib, hər hansı çətinliyi varsa, qabağa düşərək o işiaşırıb…

«Böyük dayaq»filmindən maraqlı bir epizod yadıma düşür: Rüstəm kişi onunla qoz-qoz oynayanadamlara deyir ki, gəlin gedək camaatın içinə, görək kimin ayağına qalxırlar,kimə əl çalırlar, kimi də fitə basırlar. Əsl kişilər məclisə girəndə həmişə onahörmətlə yanaşıblar. Vəzifəsi olan, pulu olan və camaatın ağır günündə heç kiməəl atmayan adamlar bu gün el-obaya, xeyir-şərə getməyə utanırlar. Çünki onlar vəzifədəolanda heç kimin yaralı barmağına bir sarğı vurmayıblar. Amma Əsgər Şıxəliyevkimi adamlar həmişə xalqın içindəolduğuna görə və həmişə də ona hörmət bəsləyiblər.

… O, bu dünyadanheç nə ummayıb. Amma sadəcə olaraq, bu cür kişilərə vaxtında bir diqqət də göstərilməliydi.Heç olmasa qüsursuz və səmərəli fəaliyyətinə görə bir fəxri fərman verilsəydidünya dağılmazdı ki?! Əsgər Şıxəliyevinheç belə mükafatlara ehtiyacı da yoxdur. Çünki Əsgər Şıxəliyev halal zəhmətə, alın tərinə güvənibvə bu halallıq da onu zaman-zaman ucalığa yüksəldib. O ucalığa ki, heç də hər adam o zirvəyə gəlib çatabilmir…

Əsgər Şıxəliyevin martın 22-də 75 yaşı tamam olur.Belə baxanda heç bu o qədər də böyük yaş deyil. Amma Əsgər Şıxəliyev bu 75 yaşı çox şərəflə, namusla,qürurla yaşayıb. Ötən illərə görə heç vaxt peşmaqçılıq hissi keçirməyib. Çünkionun aydan arı, sudan duru dörd övladı, on nəvəsi var. İndi o, öz nəvəli dünyasını yaşayır. Deyir ki, şükürAllaha, yeməyə çörəyim, içməyə suyum var. Nəvələrimsə mənə günəş qədər işıqverir, həyatda yaşamaq eşqimi daha da gücləndirir. Mən bu dünyadan heç nəummuram…


TƏQVİM / ARXİV