adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Mart 2017 14:39
8102
ƏDƏBİYYAT
A- A+

Krımda Müşfiqin kitabı tapıldı: Dilbərin imzasıyla…

Krımda Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin, xanımı Dilbərin adından imzalanmış kitabı aşkarlanıb. Bu barədə Lent.az-a Krımdakı Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

"Biz Krımın mərkəzi kitabxanasında "Azərbaycan kitabı guşəsi” yaradırıq. Bu əsnada həmin kitabı mənə icmamızın fəal üzvlərindən olan K.Kərimov verdi” – deyə R.Hümbətov bildirib.

"M.Müşfiq. Əsərləri. Şeirləri " adlanan kitabın ilk səhifəsində Dilbər xanımın adından imzalanmış, 1968-ci ildə yazıldığı bildirilən bir kuplet şeir yer alıb. Altında isə çox güman ki, onun qohumu olan Gülsüm xanıma ünvanlanmış hədiyyə yazısı var.

"Bu kitabı yəqin ki, kitabxanaya verəcəyik. Əgər Azərbaycanın müvafiq muzey və ya kitabxanalarından biri istəsə, bu tapıntını onlara da hədiyyə edə bilərik" – deyə icma rəhbəri qeyd edib.