adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
10 Mart 2017 16:00
15329
SİYASƏT
A- A+

Putinlə Ərdoğan arasında görüş başladı

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

V.Putin qeyd edib ki, Rusiya və Türkiyə son vaxtlar dünyada, o cümlədən Suriyada böhranın aradan qaldırılması üçün fəal işləyirlər.

RF Prezidenti bildirib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr bərpa olunur.

R.T.Ərdoğan isə öz növbəsində deyib ki, Rusiya və Türkiyə arasında əməkdaşlığın əsas elementləri müdafiə sənayesi və energetikadır. (trend)

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Moskvaya səfər edəcək.

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə nümayəndə heyətinin tərkibində 8 nazir və Baş qərargah başçısı general Hulusi Akar var.

Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putinlə birgə başçılıq edəcək.

Məlumata görə, iclasda S-400 zenit-raket sistemlərinin Türkiyəyə satışı ilə əlaqədar aparılan danışıqlar qiymətləndiriləcək, iş adamları üçün vizaların qaldırılması, qida, əkinçilik, turizm, müdafiə və nəqliyyat sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə ediləcək.

İclasda həmçinin, Suriya və İraq başqa olmaqla regional proseslər, Suriya böhranının həlli üçün aparılan Astana və Cenevrə danışıqları qiymətləndiriləcək. Ərdoğan qaçqın problemin həlli üçün təhlükəsiz və uçuşa qadağan bölgənin yaradılması barədə təklifini növbəti dəfə səsləndirəcək. İŞİD, PKK, FETÖ və PYD kimi terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlıq mövzusunun da müzakirə ediləcəyi gözlənilir.

Türkiyə mediasının üzərində dayandığı əsas məsələ isə S-400 zenit-raket sistemlərinin Türkiyədə satışı ilə bağlı aparılan müzakirələrdir. NATO buna qəti şəkildə qarşı çıxır.