adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

XOCALI-DӘNİZLİ

SEYFƏDDİN ALTAYLI
61314 | 2017-03-10 18:06

"Aləv topu dərtlər,bizi çok gərdi;

Ağlattı, inlətti, yerlərəsərdi.

Kişi, kardəşiylə paylaşırdərdi;

Görüşəlim, konuşalım, ayVakıf!

Dərdimizi paylaşalım, ayVakıf!

Hasan Kallimci"

Sevgi bölüşüldükcə artır,dərd isə bölüşüldükcə azalır. Yuxarıdakı misralar Dənizli şəhərindəki qədim dostum Hasan Kallimcinindir. Dostum Vaqif Aslana yazdığıbir şeirdəndir. Bu il də Xocalı Soyqırımını yad etmək, onu yeni nəsillərin yaddaşınahəkk etmək məqsədilə Dənizli şəhərində bir konfrans təşkil edildi. Bundan əvvəlkiyazımda da iştirak etmişdim. Dostum Ədalət Tahirzadə ilə həmin konfransda iştiraketdik və bəşəriyyətin alnına işğalçıların əliylə yaxılmış qara ləkəni lənətlədik.Dünya xalqlarına Dənizlidən səsləndik ki, "Biz bunu unutmadıq və məhşərə kimibütün nəsillərimiz unutmayacaq, Xocalının qisası alınmamış da nahaq yerə qətlə yətirilmişuşaqların, qocaların, nənələrin ruhu sakitlik tapmayacaq!"

Xocalı konfransına bütünDənizli şəhəri hazırlanmışdı. Dövləti təmsil edən validən, qaymaqamdan, hökumətitəmsil edən nazirdən, xalqı təmsil edən bələdiyyə başqanına kimi hamı əlindən gələnnə varsa əsirgəməmişdi.

Böyükşəhər bələdiyyə başqanıOsman Zolandan bələdiyyənin mədəniyyət bölməsinin müdiri Xudaverdi Otaklıya, PamuqqalaUniversiteti və ibtidai məktəblərdən tutmuş orta məktəblərə, ali məktəblərə kimihər bir şəxsin o tədbirdə əməyi vardı.

Burda bir haşiyə çıxıb TəDAnadolu Liseyinin rəsm müəllimi Fəriştə xanımın adını çəkmək istəyirəm. Fəriştəxanım yazıçı, şair Hasan Kallimcinin TəD Anadolu Liseyində rəsm müəllimi işləyənqızıdır. Sadəcə Xocalı Soyqırımı tədbiri üçün şagirdləri yığıb başına və onlarlabirlikdə həftələrlə çalışıb bir Xocalı Soyqırımı tablosu yaradıb. Atalar, ot köküüstündə bitər deyib, Fəriştə xanım da təpədən-dırnağa milli duyğularla silahlanmışHəsən Kallimcinin qızı olaraq bu sözü öz milli geni və halal əməyi ilə bir dahadoğrultmuşdu. Xocalı faciəsinin insan psixologiyasına etdiyi təsiri şagirdləriyləbirlikdə həmin tabloda həddən artıq gözəl əks etdirmişdilər. Fəriştə xanım şagirdlərinruhuna hopdurduğu duyğularla elə işləmişdilər ki, o tabloda həvəskar şagirdlərinəməyi də vardır demək mümkünsüzdü.

Həmişə beynimi didib-tökənbir sualla cəbəlləşirəm, "Xocalı Soyqırımı niyə yarandı?!"

Bu sualı verən kimi də cavabıgəlib gözlərimin qarşısında dayanır. 1095-ci ildə Səlib Yürüşləri başladı və üçəsrə kimi davam etdi, bu müddət ərzində doqquz yürüş təşkil edildi, yəni hər 25ilə bir Səlib Yürüşü düşür.

Bu yürüşün memarları başdaVatikan və onu qoltuğunun altında saxlayan Roma İmperiyası, Fransa, Almaniya, İngiltərəidi. Bu işğalçı vampirlər Birinci və İkinci Dünya müharibələrini də yaradıb milyonlarlaocağı söndürmədilər!?

Bu yürüşlərin bircə məqsədivardı, 1876-cı ildə İngiltərənin baş naziri William Evart Gladstonenin dediyi kimitürkləri Anadoludan və Yaxın Şərqdən qovmaqdı. Amerikalı provaslav missioner1820-ci ildə Osmanlı daxilindəki ermənilərin arasında işləyib onları Osmanlınınəleyhində üsyana təşviq etmək məqsədilə İzmirə gəlib gəmidən ayağını şəhər torpağınabasan kimi "Bu günah imperiyasını tamamilə dağıtmaq mənə əhd olsun!" demişdi.

Axı biz Avropalılara, okeanınminlərlə kilometr o tayındakı Amerikalılara neyləmişdik ki, bizi öz torpaqlarımızdansöküb köksüz bir ağaca döndərib tullamaq istəyirdilər?!

Axı ermənilər ingilislərinplanı və rusların əliylə Azərbaycan torpaqlarında məskunlaşdırıldıqlarında xalqımızonlarla süfrədəki çörəyini bölüşmüşdü, onlara başını soxacaqları evlər tikməkdəkömək olmuşdu, əl tutmuşdu, erməniyə yaxşılıqdan savayı neyləmişdi ki, onlar Xocalıdanəinki cavanları, körpələri və qocaları da vəhşicəsinə qətlə yetirmişdi?!

Bunda çatışmayan bir şeyvar. Biz yaxşı olsaq da, insansevər olsaq da, adımız çıxıb doqquza enməz səkkizə.Onu dəyişdirməyin yeganə yolu cəngəl qanunlarının hökmran olduğu bu dünyada güclüolmaqdır... Özgələrini əzmək üçün yox, əzilməmək üçün güclü olmağa məhkumuq. Bunubir mənalı şəkildə bilməliyik. Dövlətlərimizin rəhbərləri papaqlarını qabaqlarınaqoyub fikirləşməlidilər və işə öncəliklə təlim-təhsildən başlamalıdılar. Çağdaştəhsil sistemlərini məktəblərimizdə həyata keçirmədikcə, dünya miqyasında alimləryetişdirmədikcə, çağdaş texnolojilər ixtira etmədiyimiz müddətcə, iqtisadiyyatımızdünyanın ilk beş iqtisadiyyatı arasına daxil olmadığı müddətcə, ordumuzun silahlarınıntamamını özümüz buraxmadıqca bu cür bəlalar yaxamızdan əl çəkməyəcəkdi vəssalam...


TƏQVİM / ARXİV