adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Mart 2017 11:54
6368
MƏMLƏKƏT
A- A+

Bakı-Sumqayıt yolunda reydlər başladı

Bu gün səhər saatlarından başlayaraq Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslara qarşı reydlər başlayıb.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, mikroavtobuslar yoxlama məqsədi ilə stasionar postlarda saxlanılır.

Qurum rəsmisi qeyd edib ki, sənədləri qaydasında olan, konstruksiya dəyişikliyi olmayan və sərnişindaşıma qaydalarını pozmayan mikroavtobuslar saxlanılmır.

K.Əliyev aidiyyatı qurumlara müraciət edib: "Yaxşı olar ki, digər aidiyyatı qurumlar avtobusların çıxdıqları məntəqələrdə daha çox nəzarət etsinlər ki, yolda bizim əməkdaşlar sərnişinləri düşürmək məcburiyyətində qalmasınlar. Çünki belə olan hallarda sərnişinlər narazılıq edirlər”.

Qeyd edək ki, ötən gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 5-i dünyasını dəyişib. Məlum qəzadan sonra qanunsuz sərnişindaşıma problemi yenidən gündəmə gəlib.