adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Mart 2017 09:52
5126
MƏMLƏKƏT
A- A+

Bakının mərkəzi susuz qalacaq

Paytaxtın mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu Nizami küçəsindən keçən 250 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 10 mart 2017-ci il tarixdə gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, H.Z.Tağıyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.