adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Mart 2017 09:35
6840
DÜNYA
A- A+

Pensionerlər metrodan pulsuz istifadə edəcəklər

Martın 15-dən Özbəkistanın paytaxtı Daşkənddə təqaüdçülər metropolitendən ödənişsiz istifadə edəcəklər. Ölkə Nazirlər Kabinetinin qərarına əsasən, bu yalnız saat 10:00-dan 16:00-a qədər mümkün olacaq.

Metroda ödənişsiz istifadə etmək üçün təqaüdçülərin yalnız təqaüd kitabçasını metropoliten əməkdaşına təqdim etmələri yetərli olacaq.

Bundan sonra metopoliten əməkdaşı onlara xüsus jeton təqdim edəcək ki, təqaüdçülər həmin jetonla xüsusi ayrılmış turniketdən keçməklə metro xidmətindən istifadə edə biləcəklər.