adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
09 Mart 2017 22:39
3753
GÜNDƏM
A- A+

AST Telman rəsmən müflis elan edilib

Moskva vilayətinin Arbitraj Məhkəməsi tanınmış iş adamı, AST şirkətlər qrupunun prezidenti, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov rəsmən müflis elan olunub.

Adalet.az-ın "Ria.ru"yaistinadən məlumatına görə,məhkəmə onun əmlakının satışa çıxarılması proseduruna start verib.

İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman İsmayılov hazırda da Rusiyada yaşayır və "AST" Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu "Mardan Palace" adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib.

2009-cu ildə isə İsmayılov ilk dəfə Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına düşüb. "Forbes” onun sərvətini 600 milyon dollar dəyərində qiymətləndirib.