adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Mart 2017 22:26
11924
İQTİSADİYYAT
A- A+

Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın birgə turizm ideyası

Bu ilin aprelində Türk Şurası çərçivəsində Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan keçən "Böyük İpək yolu” pilot turizm layihəsi işə salınacaq.

Adalet.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Turizm Sənayesi Departamentinin direktoru Marat İqaliyev açıqlama verib.

M.İqaliyevin sözlərinə görə, bu layihə 12 gün davam edəcək.

O qeyd edib ki, marşrutun Qazaxıstan hissəsində turistlər Almatıya gələcək və burada Şımbulak dağ-xizək kurortuna, Koktobe və Kolsaya baş çəkəcək. Daha sonra onlar 2017-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş qədim Türküstan şəhərinə gedəcək.