adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Mart 2017 21:37
6957
DÜNYA
A- A+

Bir ailənin 13 üzvü eyni anda öldü

Zimbabvedə mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 14 nəfər ölüb.

Adalet.az lenta.ru saytına istinadən xəbər verir ki, bu haqda yerli "The Chronicle” qəzeti bildirib.

Nəşrin məlumatına görə, ölənlərin hamısı bir ailənin üzvləridir. Onlar Masvinqo şəhərinə dəfn mərasiminə gedirdilər. Yol-nəqliyyat hadisəsinin səbəbi hələ müəyyən edilməyib. Ancaq şahidlərin sözlərinə görə, yük maşını əvvəlcə çuxura düşüb, daha sonra mikroavtobusla toqquşub.

13 nəfər hadisə yerində həlak olub. Beş yaralı xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada həyatını itirib.