adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Mart 2017 18:21
7235
MƏMLƏKƏT
A- A+

Ağcabədidə tank əleyhinə qumbara tapılıb

Ağcabədi rayonunun Aran kəndində ev və həyətyanı sahəyə baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, baxış zamanı 1 ədəd tank əleyhinə əl qumbarası (RKQ-3) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 200 kv.m. ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 09 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 150 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 979 ədəd partlamamış hərbi sursat, 69 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 007 947 kv.m ərazi (464 305 kv.m ərazi əl ilə, 246 200 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 184 442 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.