adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
09 Mart 2017 16:12
6278
DÜNYA
A- A+

ABŞ bu ölkəyə də əlavə ordu yeridir

ABŞ Küveytə əlavə 1000 nəfərə yaxın hərbçini İŞİD-lə mübarizə üçün göndərməyi planlaşdırır.

Adalet.az xəbər verir ki, bu barədə informasiyanı "Röyter” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.

Qeyd edək ki, ABŞ Suriyaya da əlavə ordu hissələri göndərib. Bu hərbçilər Rakka şəhərinin İŞİD-dən təmizlənməsində iştirak edəcəklər.

ABŞ-ın indiyə qədər Suriyada 500 nəfərlik xüsusi təyinatlısı olub.