adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Mart 2017 16:15
4636
HADİSƏ
A- A+

Polisdən 5 tələbənin öldüyü qəza ilə bağlı AÇIQLAMA

"İlkin məlumata görə, "Ford Tranzit" markalı avtomobilin sürücüsü manevretmə qaydalarını pozub və kərpiclə yüklü olan, yol qırağında dayanmış yük avtomobilinə çırpılıb".

Bu barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Bununla yanaşı, K. Əliyev deyib ki, sürücü sərnişindaşıma qaydalarını pozub.

"Ölən və yaralananların ümumi sayını nəzərə alsaq, sürücü maşını ayaq üstə dayanan sərnişinlərlə ağızbaağız doldurub. Lakin "Ford Tranzit"-də cəmi 18 sərnişin yeri var", - deyə Əliyev bildirib.

Onun sözlərinə görə, uzaq məsafəyə ayaq üstə sərnişin götürmək qadağandır: "Biz həmişə vətəndaşlara xəbərdarlıq edirik ki, belə avtomobillərə minməsinlər. Amma onlar bizim xəbərdarlığımıza ciddi yanaşmırlar. Biz sürücüləri də xəbərdar edirik ki, artıq sərnişin götürməyin. Çünki bilirik ki, bu, faciə ilə nəticələnəcək".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

İdarədən, həmçinin əlavə olunub ki, "ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.

Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızılent.az-a bildirib ki, qəzaya uğrayan "Ford Tranzit" qanunsuz fəaliyyət göstərib və xidmət tərəfindən fərqlənmə nişanı və marşrut kartı ilə təmin edilməyibmiş.

Ş.Mehmanqızı "Bu məsələlərlə yol polisi məşğul olur, yəni qanunsuz fəaliyyət göstərən marşrutlara qarşı onlar tədbir görməlidir", - deyəəlavə edib.