adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Mart 2017 15:37
5275
İDMAN
A- A+

Çempionlar Liqasında yeni rekord

"Barselona"nın futbolçusu Neymar yeni rekord imza atıb.

Adalet.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu buna Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab oyununda iki qol ötürməsi verərək nail olub. Bu mövsüm sözügedən turnidə qol ötürmələrinin sayını 8-ə yüksəldən Neymar bu göstəricidə ÇL-in tarixində rekord qırıb.

Qeyd edək ki, bundan əvvəl kirekord Xavi, Zlatan İbrahimoviç və Məsut Özilə məxsus idi. Onlar bir mövsüm 7 qol ötürməsi vermişdilər.