adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Mart 2017 12:05
3098
GÜNDƏM
A- A+

Əfv Komissiyası daha 100 müraciətə baxacaq

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının martın 10-da keçirilməsi gözlənilir.

Bu barədə komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, sabah keçirilməsi gözlənilən iclasda daha 100 müraciətə baxılması gözlənilir.

Ə.Nuriyev bildirib ki, Komissiyanın indiyə qədər keçirilən iclaslarında 700-dən artıq müraciətə baxılaraq, müvafiq rəy verilib.

Qeyd edək ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub. Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.