adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Mart 2017 12:05
5518
DÜNYA
A- A+

Boliviya prezidenti daha çox koka istəyib

Boliviya prezidenti Evo Morales mübahisələrə səbəb olan qanun layihəsi imzalayıb.

Adalet.az xəbər verir ki, qanun layihəsi ölkədə mövcud olan koka sahələrini təxminən iki dəfə artırılmasına - 12 mindən 22 minə çatdırılmasına imkan verir.

Müxalif deputatlar bu qanunu konstitusiyaya zidd hesab edirlər, belə ki, qanun beynəlxalq danışıqları pozur.

Koka sahələriningenişləndirilməsinin əksinə olanlar, bu addımın, həmçinin qanunsuz narkotik alverinə vasitəçi olacağına dair xəbərdarlıq da ediblər.

Əvvəllər fermer olan və koka kolları yetişdirən Morales bütün iddiaları təkzib edib.

Koka – Andda yetişdirilən bitkidir. Ondan ənənəvi təbabətdə istifadə edirlər. Kokanın yarpaqları gümrahlaşdırıcı effekt, eləcə də aclığı, susuzluğu, ağrını azaldır və yorğunluğu aradan qaldırır.

Kokadan kimyəvi emal yolu ilə kokain də əldə edirlər, bu dünyada ən məşhur narkotik vasitədir. Koka yarpaqları BMT-nin 1961-ci ildə narkotik vasitələrə dair Konvensiya ilə qanunsuz elan edilib.