adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Mart 2017 11:12
13702
SİYASƏT
A- A+

AŞPA həmməruzəçiləri Azərbaycan üzrə məruzəni təqdim ediblər

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda yanvarın 12-14-də Azərbaycana etdikləri səfərin yekunları ilə əlaqədar məruzəni AŞPA Komitəsinin iclasında təqdim ediblər.

Adalet.az Reporta-a istinadən xəbər verir ki, AŞPA Monitorinq Komitəsinin iclası martın 8-də Parisdə keçirilib.

Ştefan Şennax və Sezar Florin Preda məruzədə Azərbaycanda QHT-lər haqqında qanunvericiliyi, ölkədə keçirilən konstitusiya referendumu, həmçinin söz azadlığı ilə bağlı vəziyyəti yenidən qiymətləndirib.

Həmməruzəçilər islahat proseslərinə "təkan verilməsi” və Azərbaycan hökuməti ilə dialoqun davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.