adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Mart 2017 10:04
8488
KRİMİNAL
A- A+

Rusiyada iki azərbaycanlının cəsədi tapılıb

Kubanda liftdə qətlə yetirilmiş iki nəfərin cəsədi tapılıb.

Adalet.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə prokurorluqdan bildirilib.

Məlumata görə, Kubanda, Krasnodar şəhərinin mərkəzindəki yaşayış binasının liftində aşkarlanmış cəsədlər Azərbaycan vətəndaşlarına məxsusdur. Onların bədənlərində çoxsaylı güllə yaraları aşkarlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb və təhqiqat başlanılıb.
Xəbərdə qeyd olunur ki, öldürülənlər ticarətlə məşğulolub və Rusiyayaiş dalınca gəliblər. Hələlik öldürülmüş şəxslərin kimliyi açıqlanmır və qətlin təfərrüatları ilə bağlı geniş məlumat verilmir.