adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Mart 2017 10:44
11511
HADİSƏ
A- A+

Bakı-Sumqayıt yolunda ağır qəzada ölənlərin sayı 5-ə çatdı - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5 nəfərə çatıb.

Adalet.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Report”a açıqlamasında bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 17 nəfər yaralı aparılıb.

Səhiyyə Nazirliindən Adalet.az-a verilən məlumata görə, qəza nəticəsində ölənlərin sayı 4-ə çatıb. Ölənlərin hər 4-ü tələbədir.

****

Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan 6 nəfəri Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.

Adalet.az xəbər verir ki, xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır.

****

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstaxanaya yerləşdirilib.

Eyni zamanda verilən məlumata görə, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.

 ***

Trend-in hadisə yerində olan müxbirinin verdiyi ilkin məlumata görə, qəza nəticəsində 1 nəfərin öldüyü bildirilir.

***

Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili-tibbi yardım maşınları cəlb olunub.

Hazırda qəza səbəbindən həmin yolda tixac yaranıb.