adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Mart 2017 09:27
4210
GÜNDƏM
A- A+

ABŞ-dakı səfirliyindən yeni xidmət

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin konsulluq xidmətinin Facebook sosial şəbəkəsində səhifəsi istifadəyə verilib.

Səfirlikdən Adalet.az-a verilən məlumata görə, sözügedən səhifənin istifadəyə verilməsində məqsəd konsulluq xidmətləri ilə bağlı yenilikləri təqdim etmək, Azərbaycan vətəndaşları və yerli ictimaiyyətin suallarını cavablandırmaq və onlarla təmas saxlamaqdır.
Sözügedən səhifə ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
https://www.facebook.com/Consular-Service-of-the-Embassy-of-the-Republic-of-Azerbaijan-to-the-USA-260426124378401/
Qeyd edək ki, səfirliyin konsulluq xidməti həftənin bazar ertəsi, çərşənbə və cümə günləri səhər saat 10:00-dan 12:00-dək vətəndaşların qəbulunu həyata keçirir və həftənin 5 iş günü saat 14:00-dan 17:00-dək telefon vasitəsilə vətəndaşların suallarını cavablandırır.