adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Mart 2017 09:16
10030
SİYASƏT
A- A+

Sürixin rəhbərliyi Türkiyə XİN rəhbərinin səfərinə qarşı çıxıb

İsveçrənin Sürix şəhərinin rəhbərliyi federal hökumətə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun səfərini ləğv etmək xahişi ilə müraciət edib.

Adalet.az-ın məlumatına görə, bu barədə "France Presse” xəbər verib.

"Biz tədbirlər görülməsi xahişi ilə Bernə məktub göndərmişik ki, bazar günü Sürixdə gözlənilən hadisə baş verməsin” – deyə departamentin nümayəndəsi agentliyə bildirib. O, qeyd edib ki, Türkiyə XİN başçısının gələcəyi təqdirdə bir sıra aksiyalar gözlənilir.

Türkiyə xarici işlər nazirinin həmçinin Niderlandın Rotterdam şəhərində martın 11-ə planlaşdırılmış çıxışı da baş tutmayacaq. Bu barədə jurnalistlərə şəhərin meri Əhməd Əbutalib xəbər verib.

Onun sözlərinə görə, konfrans mərkəzinin sahibləri Çavuşoğlunun iştirakı ilə tədbirin keçirilməsi üçün icazəni geri götürüb. "Əgər onlar bunu etməsəydilər, ola bilsin, mən özüm ictimai asayişə təhlükə səbəbindən aksiyanı şəxsən ləğv edərdim», - deyə o qeyd edib.