adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
09 Mart 2017 09:13
6017
DÜNYA
A- A+

Dağıstanda polis əməkdaş 3 həmkarını yaralayıb

Dağıstanda polis əməkdaşı həmkarlarına atəş açıb.

Adalet.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin nümayəndəsi agentliyə məlumat verib.

Məlumata görə, hadisə Qızılyurd şəhərindəki kafelərdən birində baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Polisdəki mənbənin verdiyi məlumatda bildirilir ki, yaralıların vəziyyəti orta ağırdır. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.