adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Mart 2017 09:10
6097
İDMAN
A- A+

“Barselona” inanılmazı bacardı – VİDEO

İspaniyanın "Barselona” klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında Fransanın PSJ komandasına qalib gələrək növbəti mərhələyə çıxıb.

Adalet.az xəbər verir ki, qarşılaşma martın 8-də "Kamp Nou” stadionunda baş tutub. 88-ci dəqiqəyə qədər kataloniyalılar hesabda 3:1 irəli olsalar da, növbəti mərhələyə çıxmaq üçün onlara daha 3 qol lazım idi.

Luis Enrikenin yetirmələri bunu bacardılar. Neymarın dublu (88 və 91-ci dəqiqələr) və Sergio Robertonun 95-ci dəqiqədə həlledici qolu "Barselona”nı növbəti mərhələyə çıxardı.

Xatırladaq ki, ilk oyun PSJ-nin 4:0 hesablı qələbəsi ilə yekunlaşmışdır.

"Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1

Qollar: Suarez, 3, Kurjava, 40 (öz qapısına), Messi, 50 (pen.),Neymar, 88, 90 (pen.), Roberto, 90+5 - Kavani, 62

S