adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Mart 2017 21:37
5035
İDMAN
A- A+

“Heç kim bu stadionda oynamaq istəməz”

"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 1/8 finalının ilk matçında səfərdə qarşılaşacaqları "Rostov”un stadionunun durumundan narazıdır.

Adalet.az-ın xəbərinə görə, portuqaliyalı mütəxəssis oyun öncəsi keçirilən mətbuat konfransında bu barədə danışıb. O, stadionunun ot örtüyününbərbad olduğunu, bu vəziyyətdə futbol oynamağın çətin olacağını deyib:

"Belə stadionda futbol oynayacağımızı düşünməkdə belə çətinlik çəkirəm və buna inana bilmirəm. Amma yenə meydana çıxmaq məcburiyyətindəyik. Tək öz komandam üçün demirəm, belə ot örtüyü olan stadionda meydana heç bir komanda çıxmaq istəməz”.

Xatırladaq ki, sabah keçiriləcək "Rostov”- "Mançester Yunayted” matçı saat 22:00 başlayacaq.