adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Mart 2017 16:19
5785
İDMAN
A- A+

Xavi karyerasını başa vuracağı vaxtı açıqladı

"Barselona"nın canlı əfsanəsi Xavi klubun baş məşqçisi olmaq istəyir. Amma katalon yarımmüdafiəçi Luis Enrike dən sonra bu posta təyin olunmaq barədə düşünmür.

Veteran yarımmüdafiəçi karyerasını 2018-ci ilin yayında başa vuracağını da bildirib.

"Barselona"nın baş məşqçisi olmaq arzumdur. Bu məsələnin üzərinə ciddi düşmək istəyirəm. Məşqçilik lisenziyası almaq fikrindəyəm. Luis Enrikeni əvəzləmək qeyri-mümkündür. Hələ məşqçilik kursunun imtahanlarını verməliyəm. Futbolçudan çox məşqçi kimi düşünürəm. Növbəti mövsüm futbolçu kimi son mövsümüm olacaq. Həmin vaxtdan sonra nə olacağına baxarıq".