adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Mart 2017 14:24
13217
SİYASƏT
A- A+

25 illik münasibətlərə həsr olunmuş poçt markası buraxılıb

Los Anceles şəhərində Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Adalet.az-a verilən məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks etdirilərək, "Azərbaycan – ABŞ. 25 İllik Dostluq. 1992-2017” sözləri qeyd olunub.

Markanın buraxılması Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş Konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.