adalet.az header logo
  • Bakı 20°C
08 Mart 2017 11:22
7837
KRİMİNAL
A- A+

250 milyon dollar dəyərində narkotik aşkarlandı

Avstraliya hüquq-mühafizə orqanları Sidneydə "qara bazar"da dəyəri 247 milyon dollar olan 540 kq metamfetamin müsadirə edib.

Güclü təsirə malik narkotik maddə olan metamfetamin 396 plastik qabda aşkarlanıb.

Narkotik vasitə ABŞ-dan bir yük gəmisi ilə Sidneyin qərbindəki anbara gətirilib. Əməliyyat zamanı 2030 yaşlı 7 kişi və bir qız saxlanılıb. Onlar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edilirlər.