adalet.az header logo
  • Bakı 21°C
08 Mart 2017 09:55
12141
GÜNDƏM
A- A+

XATİRƏ NURGÜLÜN 11 şeiri


"Kaspi" qəzetinin 2015-ci il dekabr saylarının birində Xatirə Nurcül adlı cavan bir qızın 11 şeirini oxudum. Bu şeirlərdə sərbəst düşüncə tərzi, həyata, sevgiyə, dünyaya münasibətində yeni görünən mənalarla qarşılaşdım. Hər bir şeirin poetik enerjisini sözlərin öz adi mənasının sərhədlərini aşıb yeni deyimlər, təşbihlər, metaforalar yaratmaq müəyyənləşdirirsə, Xatirə Nurgül buna 11 şeirinin hər birində nail olmağa cəhd edib.
Yağış pıçıltı kimi
yağır havaya,
sirr kimi gizlənir torpaqda.
Ən uğurlu hesab etdiyim "Sirr" şeiri belə başlanır. "Yacış pıçıltı kimi yağır havaya"- yağışın yağmasıyla bağlı onlarla deyimlərlə tanışam, amma pıçıltı kimi yabmasını ilk dəfə Xatirə Nurgülün şeirində gördüm.
Torpaqsa buludlara bənzəyir
udanda yağış damcılarını.
Hər zaman yerlər gizləyir
göylərin acılarını.
Torpağın buludlara bənzədilməsi də təzədir. Bu bənzətmədə bir-birindən uzaq mənalar "calaq" edilmişdir."Hər zaman yerlər gizləyir göylərin acısını"-deməli, yağış göyün acısıymış. Yağışınsonrakı taleyi:
Bir azdan yağış heykəlinə dönür
zülmətə uzanan işıq.
Navalçaların uclarında döyünür
evlərin ürəyi.
"Zülmətə uzanan işıq" yağışın yaratdığı romantikadı, bəlkə də adi seyrçi bunu duya bilməz.
Və üzündə yağış damcısı
ağlamağı öyrənin çiçəklər.
Orijinal deyimdir. Metaforik düşüncə-çiçəyin ağlaması yağış mənzərəsimni sanki tamamlayır. Amma yox:
Sirrini torpağa açır
yağışda ağlayan qadın.
Düz 54 il bundan əvvəl İsa İsmayılzadə "Yacış gölməçəsi" adlı bir şeir yazmışdı və o şeirə görə İsanı tənqid hələfinə çevirmişdilər.
Yağdı, tala-tala gölməçə yağdı,
göylərin dəlisov ilhamı yağdı,
sərçələrin soyuq "hamamı" yağdı.
Bax, bu "sərçələrin soyuq hamamı" bəzi şairləri və tənqidçiləri yaman əsəbiləşdirmişdi. Amma indi kimsə "yağış pıçıltı kimi yağır havaya", "torpaqsça buludlara bənzəyir" və s. təşbih və metaforalara görə Xatirə Nurgülü tənqid edə bilməz. Şeirimizin söz və məna qatlarında o qədər üzə çıxarılmalı gizlinlər var kig
Xatirə Nurgül XXI əsrin şairidir, doğrudur, poeziyamızda XX əsr hələ bitməyib şeirimizin yaşarı ənənələri davam edir, amma pis mənada "ənənəçilik" də yaşayır (nimdaş, rəngsiz-havasız, boz-bulanıq ifadələrdə, standart təşbihlərdə və ən əsası eyni mövzuya fərqli yox, fərqsiz baxışdı ). XXI əsrin şairi isə bitib-tükənməyən söz ehtiyatımızı bir kəşfiyyatçı kimi üzə çıxarmalıdı. Məsələn, belə: "Yoxluq külək kimidir..", "..Qovuşmaq darıxmaq qədər sonsuz deyil, təklik qədər zamansız", "Bu fevral gecəsinə qoşulub ölmək olar".
Arxamca susan əşyalara
ağlayan uşaqlara
baxa bilmirəm,
baxmıram
"əlvida" yerinə
Göz vuran işıqlara.
Deyirlər ki, XXI əsrdə "qloballaşma ritmi", "kosmik tərəqqi havası" şeirimizin gözəlliyini, ülviliyini məhv edir. Belə hallar istisna deyil. Amma bu da XXI əsrin şeiridiir:
O qədər
o qədər kədərliyəm ki,
əlimə keçən daşla vura bilərəm quşları,
həyətimizə gələn ikicanlı pişiyi qova bilərəm,
Qonşu evin pəncərələri kimi
uşaqların da qəlbini qıra bilərəmg
hə, çox kədərliyəm,
o qədər çox ki,
ağlamağa bəhanə də yox
Zaman da keçmir,
quşlar da görünmür,
pişik də gəlmir,
qonşu evin pəncərələri taxtadandı
uşaqlar günahsızdı.
Mən Xatirə Nurgülün bütün şeirlərindən söz aça bilmədim. Təbii ki, bu şeirlərin hamısı eyni səviyyədə deyil. Bu cavan qızın istedadlı bir şair olacağına indidən zamin olmaq niyyətim yox. Amma bu yolda axtarışlarını davam etdirsin. Əli Kərimin bir şeirində deyildiyi kimi:
Barışma kədərlə,
Hər şeyə bicanə ldarsan.
Barışma sevincdə,
Sərməst qalarsan.
Mübarizəylə barış.
Axtarış lazımdır,
Axtarış!
Fikirləş bir,
Şekspir var,
Şekspir!


Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru