adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Mart 2017 22:29
6685
İDMAN
A- A+

Ən yaxşı qolun müəllifi açıqlandı

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda fevral ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib. 

Adalet.az-ın məlumatına görə, azarkeşlər, jurnalistlər və Peşəkar Futbol Liqasının əməkdaşları arasında aparılan səsvermə nəticəsində Kamil Nurəhmədov ("Mil-Muğan”) rəqiblərini qabaqlayıb.

Nurəhmədov səslərin 60 faizini toplayıb. Azarkeşlərin səsverməsində Raul Yaqubzadə hər kəsi qabaqlayıbsa (40%), jurnalistlərin seçimində Kamil Nurəhmədov (40%) birinci olub.

Azarkeşlərlə jurnalistlərin fikri üst-üstə düşmədiyindən qaydalara əsasən yekun nəticəni Peşəkar Futbol Liqası müəyyənləşdirib. PFL öz səsini Kamil Nurəhmədova (20%) verdiyinə görə futbolçu yekun nəticədə ümumi səslərin 60 faizini toplayaraq, qalib gəlib.

Hücumçu mükafatına martın 10-da keçiriləcək "Mil-Muğan” – "Zaqatala” oyunundan öncə qovuşacaq.