adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
07 Mart 2017 18:26
6225
ELM VƏ TƏHSİL
A- A+

8 Mart bayramı BANM-də - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, Ali Məktəbinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Adalet.az xəbər verir ki,tədbiri açan rektor Elmar Qasımov BANM-də çalışan xanım əməkdaşların timsalında bütün Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edərək, hər birinə bahar əhval-ruhiyyəsi, xoşbəxt və firavan həyat, ailə səadəti, bütün işlərində uğurlar arzu edib. "Əvvəllər, qadından danışanda onun evdarlığı və ailəsinə diqqəti önə çəkilirdirsə, bu gün Azərbaycan qadını həyatın bütün sahəsində öncüldür və tanınınmaqdadır. İctimai həyatda fəal iştirak edərək, uğurlar qazanaraq, öz səsini eşitdirməyi bacarır", - E.Qasımov deyib.

8 Mart bayramı BANM-də - FOTO


Rektor Şərqdə ilk dəfə Azərbaycan qadınlarının səs hüququnu əldə etdiyini qeyd edib. "Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti ilə cəmiyyətin ictimai-siyasi, elm və mədəni həyatında qadınların rolu ciddi şəkildə artırılıb. Azərbaycan qadınlarının bütün sahələrdə olan uğurlarına bu gün də dövlət tərəfindən böyük qiymət verilir: Prezident İlham Əliyevin hər il bu əlamətdar gün ərəfəsində ölkəmizin ictimai-siyasi, təhsil, mədəni sahələrində fərqlənən xanımları fəxri adlarla təltif edir", - rektor deyib. O, qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxsahəli fəaliyyəti ölkənin çiçəklənməsi və inkişafı üçün gördüyü işlər Azərbaycan qadınların ictimai həyatda oynadıqları vacib rolun bariz nümunəsidir.

8 Mart bayramı BANM-də - FOTO


Elmar Qasımov BANMkollektivinin bütün xanım üzvlərini, o cümlədən tələbə qızları bir daha təbrik edərəkonlara dəyərli hədiyyələr təqdim edib.

Tədbir musiqili konsert proqramı ilə davam edib. Musiqili proqramda BANM-in "Musiqi klubunun" üzvləri öz ifalarında müxtəlif musiqili kompozisiyalar təqdim ediblər.