Əbülfət MƏDƏTOĞLU: BU YAZINI MƏN

ƏBÜLFƏT MƏDƏTOĞLU
70270 | 2017-03-07 17:38

Gəl açıq danışaq. Necə deyərlər, üz-üzə, göz-gözə… dilimizin altına çöpqoymadan… içimizdə olanları.. ağlımızdan keçənləri…. xəyalımıza gətirdiklərimizi… eşitdiklərimizi…bizim haqqımızda deyilənləri… bir sözlə, hər şeyi… Necə deyərlər, başlanğıcdanbu ana qədər nə olubsa, hamısını danışaq… Yəqin ki, heç birimiz incimərik, heç birimizinxətrinə dəyməz. Çünki üz-üzə danışırıq, göz-gözə danışırıq. Dilimiz yanılsa,gözümüz imkan verməz, gözümüz yayınsa dilimiz onu suçlar. Və sonda hər şey bəlli olar. Qaranlıqdan doğan günəş kimi…qaranlığa düşən işıq kimi. Bax, belə…

Gəl başlayaqəvvəldən necə var elə…

Öncəanamdan danışmaq istəyirəm. İlk sözüm dəona olub, ilk şeirimi də ona yazmışam. O mənimlə qürur duyub, mən ona sığınmışam… o mənim boyumusevib, mən ona ağrı-acı yaşatmışam… O mənim üçün anaların bacardığı, analarıngücü çatan hər şeyi edib, mən isə onun üçün heç nə!.. Ancaq şeir yazmışam…ürəyimə təsəlli üçün… ürəyimdəki sıxıntını bölüşmək üçün… Öncə tərənnümetmişəm, sonra qaçqınlıq dərdlərini, həyatını yazmışam anamın. Yazmışam ki:


Ürəyim birkövrək laylay istəyir,

Gözlərimyumulu, qulağım səsdə.

Sifətinqırışıb, əlin titrəyir,

Sən nəhəvəsdəsən, mən nə həvəsdə…

Mənimçadırlarda qocalan anam.


Sözün gözyaşıdı, söhbətin ağı,

Elə, çırpınırsan bu dar qəfəsdə.

Nə vaxtdıgəzirsən başı aşağı-

Sən nəhəvəsdəsən, mən nə həvəsdə?!

Mənimçadırlarda qocalan anam.


Saçınağarmışdı, indi bozarıb

Nə yerişhəməndi, nə boyun bəstə…

Yuxusuzqalmaqdan gözün qızarıb,

Sən nəhəvəsdəsən, mən nə həvəsdə?!

Mənim çadırlardaqocalan anam.


Zaman baltaçaldı diləklərinə,

Qığılcımaxtardım ən adi kəsdə.

Dedin insafgəlsin ürəklərinə,

Sən nəhəvəsdəsən, mən nə həvəsdə?!

Mənimçadırlarda qocalan anam.


İllərdəyişdirdi bizləri yaman

Yalandıdeyilən söz də, nəfəs də!

Laylanıeşidib bəlkə o zaman

Yenidənyaşayam mən o həvəsdə

Mənimçadırlarda qocalan anam...


Beləyazmışdım qaçqınçılığın ilk illərində anama. Və bu şeiri də oğlum nənəsinə dilidolaşa-dolaşa oxuyanda ana məhəbbətiylə demişdin:

- Sənə də qurban olum, atana da!

Bu sözləri eşidəndə bilmədim özümə harda yer tapım… bilmədim gözlərindən necə qaçımgizlənim. Mən sənin dərdini pıçıldamışdım. Sən isə dərdini unudub özünü nəvənə,oğluna qurban deyirdin. Ondadeyə bilmədim. Çünki göz yaşı imkan vermədi. İndi deyirəm:

- Ürəyinəqurban, Ana!

Hə,qaçqınçılığa öyrəşdi anam. Elə hamımız öyrəşdik. Və bir də baxıb gördüm ki,anamın uşaq vaxtı bizlərə dediyi söz gerçəkliyə çevrilir. Anam deyirdi ki,həyatda ən pis şey vərdiş etməkdi. Çalışın heç nəyə vərdiş etməyin. Nəyi istəyirsinizsə, onu hər gün elə bililk dəfə gördüyünüz kimi, etdiyiniz kimi gerçəkləşdirin. Əliniz, diliniz nəyəsəvərdiş etdisə, başınıza bəla olacaq. Doğurdan da vərdiş etdik qaçqınçılığa…vərdiş etdik «lazım gəlsə» yalanına. Mən də bütün bunların içində yenə anamaməktub yazdım, yenə ona üz tutdum. Yazdım ki:


Telefonda

qırıq-qırıq

səsinieşitdim,

elə bil

xəncəryeridi

ürəyimə…

zorladanışdığını

təxmin etdim

telefon

xəcalətçəkirdi

sanki mənimyerimə…

çadır taleli anam,

bacarsan, bağışla!

indi nə söz urvatdadı,

nə qələm…

əli ciblərinə yük,

sual işarəsi tək

boynubükük

günahkar bəndə

mənəm

sənin fərsiz oğlunam -

heç nə edə bilmirəm

ancaq başa düşürəm

çat verimş ürəyində

mən ən böyük ağrınam…


***

Anama hər müraciətimdə daxilən bir rahatlıq tapmağaçalışsam da, ancaq mümkün olmayıb. Ona görə ki, mən onun həyatında heç nəyidəyişə bilməmişəm, bir şam da yandırmamışam. Və onun yaşadığı bu qaçqın həyatıelə bil ki, mənim də fərsizliyimdən, bacarıqsızlığımdan, gücsüzlüyümdən bir azda şaxələnib, bir az da qol-budaq atıb. Anam nə qədər gizlətsə də, büruzə verməsədə hiss etmişəm ki, o mənim durumumdan incikdi, o mənim hərəktəsizliyimdənnarazıdı, amma büruzə vermir, dilə gətirmir. Bunun bir səbəbi də anamın, eləatamın özünün də qələm adamına sovet təfəkkürü ilə yanaşmasından qaynaqlanır.Onlara görə jurnalistin yazdığı da, dediyi də dərhal həyatda təsdiqinitapmalıdı, dərhal reaksiya doğurmalıdı. Dərhal onların həyat şəraitinə cavabdeholanların kürkünə birə səpməlidi…

Amma neyləyim ki, nə zaman o zaman deyil, nəmətbuat həmin mətbuat deyil, nə də ən yumuşaq formada desəm, mən «reket»jurnalist… Hə, ona görədə durumu özüm görüb, reallığı özüm içimdə qiymətləndirib anamın gözlərininiçinə baxa bilmirəm. Gözümü yayındırıram onun gözlərindən. Guya ki, xilasoluram. Əslində isə bu əzabımı, daxili sıxıntılarımı bir az da artırır, bir azyüklənirəm dərdlə, kədərlə. Məhz bu anımda üzümü Sənə tuturam… məhz bu nöqtədəSən hayıma çatırsan, məni hamıdan çox duyan, anlayan, mənə ruhum qədər yaxınolan Sən! Ona görə də inciyəndə də, küsəndə də, üz çevirib gedəndə də özümə yer tapa bilmirəm. Çünkiürəyin, ruhun belə bir yanaşması, belə bir münasibət sərgiləməsi mənim üçün çoxanlaşılmaz, necə deyərlər, faciəvidir. İnsan güvəndiyinə, özünün birhissəsi hesab etdiyinə bu qədər stressyükləyərmi? Sarsıntı yaşadarmı?.. Bilmirəm. Bəlkə də bilmək, dərk etməkqabiliyyətim yetərincə deyil. Ola bilsin ki, mən ya bu dünyanın adamı deyiləm, yaintellekt səviyyəm, düşüncəm, dünyagörüşüm, daha nə bilim nələrim bu günün ölçüləri ilə düzgəlmir. Bütün bunları düşünə-düşünə deyirəm ki, hər bir halda Sənin üçünyaşadım… Səni düşündüm… Sənə güvəndim və yazdım:


Bir az duman içində

Bir az güman içində

Bir az, uman üçün də -

Çalışdım...


Bir az bulud tək doldum

Bir az unutdum, soldum…

Bir az qığılcım oldum -

Alışdım…


Bir az ocaq közümlə

Bir az baxan gözümlə

Bir az da öz-özümlə

Danışdım…


Bir azların içində

Bir az sənin üçün də,

Bir az mənim üçün də

Qalmışdım…


Bax, elə həmin o qaldığım yerdə də sən var idin. Və əslində sən mənolan hər yerdə varsan! Elə bil ki, sənin olduğun hər yer mənim Cənnətim, mənimolduğum hər yer isə sənin qayğındı, sənin narahatlığındı, hətta bəzən sənin gözyaşın, ağrı-acındı… Ona görə də bu sirləri, bu çıxılmazlıqları, bu olduğum vəolduğun yerləri bir araya gətirib sənə bir vaxt üz tutub demişdim:


Dünya bizə bağlı qapı

Bir açar tap aç, görüşək!

Sevib, dərsdən qaçıb hamı -

Sən də işdən qaç, görüşək…


Şehdə çimən ləçəklərdən

Seçib dərin çiçəklərdən.

Bir-birindən göyçəklərdən

Hörüm sənə tac, görüşək…


Ömür ötür, gün qısalır

İllər bizdən qisas alır.

Günahımız qüsullanır

Verək ona bac, görüşək.


Keçib daha qəbahətdən

Bizə düşən səadətdən

Dünya boyda məhəbbətdən

Tamarzı tək - ac görüşək…


Varımız, həm gərəyimiz

Suyumuz, həm çörəyimiz

Görüş yeri – ürəyimiz

Tanrı, işıq saç, görüşək!


***

Yazımın əvvəlində, daha doğrusu başlıqdavurğulamışdım ki, bu dəfə anamdan və səndən yazacam. Amma səbəbini deməmişdim.Bax, indi demək istəyirəm. Bu yazını 8 Mart günü oxuyacaqsan. Yəqin anam oxuya bilməyəcək. Çünkionun yaşadığı qaçqın şəhərinə qəzet çox az-az hallarda gedib çıxır. Amma yerində qulağı var deyirlər. Hər halda, həm o «qulaqlı yer», həm də ana ürəyi hissetdirəcəkdi ona haqqında yazdıqlarımı. Sən isə oxuyub ya qəzeti büküb bir kənara atacaqsan, yada düz gözlərimin içinə baxıb sonra başını bulayacaqsan. Adətən daha çox beləedirsən. Bu da bir növ bağışlamaq deməkdir… razılaşmaq deməkdi… həmfikir olmaqdeməkdi, ya da eləcə ağrıyan ürəyə nəfəs verməkdi – yaşaması üçün. Sağ ol ki, o nəfəsi verirsən… bir də ona görəsağ ol demək keçir içimdən ki, sən bu halınla, bu hərəkətinlə həm də ruhumunməni tərk etməsinə hələlik imkan vermirsən. Demək, yaşamağım, yanında olmağımsənin üçün əhəmiyyətsiz deyil!..

Bəli, insanbütün həyatı boyu daha çox sirr verdiyi, güvəndiyi, sevdiyi şəxslərin yanındaolmağa çalışır. Onlarla diz-dizə oturub ömrün səhifələrini vərəqləmək,olmuşları, olacaqları dilə gətirmək istəyir. Mən də bu məqamı öz həyat qayəməçevirmişəm. Həmişə istəmişəm ki, arzulandığım yerdə olum… həmişə istəmişəm ki, arzuetdiyim yerə gedim çatım… və həmişə istəmişəm ki…


Daş olur qum

Torpaq da şum…

Gözünü yum –

Aç, bax mənə

Kiməm sənə?!


Görünən kənd

İstəməz fənd

Küləkdən cəld

Qaç,bax mənə

Kiməm sənə?!


Teli dən-dən

Sevirəm mən!

Bil ki, sənsən -

Tac,bax mənə

Kiməm sənə…


Deməli, bütün yaşananlar o zaman həm ömrə, həm xatirəyə çevrilir ki,onun damarında səmimiyyət, halallıq və bir də sevgi olur. Vəəgər bu dediklərim öz yerini tapırsa, onda bütün problemlərə dözmək,onlardan baş çıxarmaq nisbətən asanlaşır. Və ən dar məqamda da həmin o sevgidə, o səmimiyyət də, o halallıq da əlini sənə tərəf uzadır. Çünki onlar haqdangəlirlər. Haqdan gələni isə kimsə durdura, dayandıra bilməz. Lap elə indininözündə də mənim özümün içimdən gəlib keçir. Bilirsən nə?..

İçimdən gəlib keçir ki, uşaqlığıma qayıdaydım. Başımı anamın dizləriüstünə qoyaydım… nə qədər yorğun olsa da əlləriylə saçımı sığallayaydı… vəbircə dəfə də olsun hiss etdirməyəydi ki, ağır zəhmətdən sonra dincəlmək istəyir,başımı onun dizləri üstündən götürüm…

Ürəyimdən keçir ki, başımı sənin də dizlərinin üstünə qoyum. Və sən dəbütün yorğunluğunu, bütün problemləri, bütün yaşantıları bir kənara bir anlıqda olsa atıb:

- Hər şey yaxşı olacaq, çox fikir eləmə! - deyəsən. Bu qayğıların,sıxıntıların içərisində olan tək biz deyilik ki…

Beləcə, bu yazını xəyalla, xatirəylə başa çatdırıram. Amma bilirəm ki,bu sözlər o ülfəti, o səmimiyyəti tam ifadə etmir. Çünki həyatda tam ifadəolunan nəyəsə rast gəlməmişəm. Və bircə bildiyim odur ki, tamlıq, bütövlük vəelə ifadə olunmaq da Allaha məxsusdu, Allahın əlindədi. Ona görə də yavaşcabircə Allahın eşidəcəyi səslə deyirəm:

- Allah anaları, xanımları, sevdiklərimi və bizi sevənləri qorusun!


TƏQVİM / ARXİV