adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Mart 2017 15:16
20409
ƏDƏBİYYAT
A- A+

8 martda xanımınızı nə ilə sevindirəcəksiniz? - SORĞU

Sabah 8 Mart Qadınlar günüdür. Kommunist hərəkatının fəal iştirakçısı Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar gününün ideya müəllifi hesab olunur. Qadınlar öz zəhmətlərini görməzdən gələnlərə, hüquqlarını tapdalayanlara qarşı küçələrə axışmışdı həmin gün. Bu tarix daha sonra bütün dünyada qeyd olunan bayrama çevrildi.

Adalet.az 8 Mart Qadınlar günü ilə bağlı yazarlara sorğu ünvanlayıb – "8 martda xanımınızı nə ilə sevindirəcəksiniz?” Cavabları təqdim edirik.



Aqşin Yenisey: "Mənim yaşadığım evdə "8 mart", "14 fevral", Ramazan, Qurban bayramı deyilən ənənəvi günlər yoxdur. Biz daha çox adi günlərdən zövq almağa, adi günləri bayrama çevirməyə öyrəncəliyik. Hədiyyələrə gəlincə, kimin kefi nə vaxt istəyir o vaxt alır. Məsələn, yayın cırhacırında mənə kürk hədiyyə olunanda təəccüblənmirəm. özüm isə hədiyyə seçməyi, almağı bacarmıram, bu işdə yalnız yarı ac, yarı tox ciblərimlə iştirak edirəm."




Nəriman Əbdülrəhmanlı: "Adətən, bu bayramı tortla yola verirəm. Həyətimizdə ilin bu vaxtı belə qızılgül olduğundan gül almağa ehtiyac olmur. Yəqin ki, bu dəfə də belə olacaq.






















Murad Köhnəqala: "Mən, adətən, "sezon" bayramlarını xüsusi qeyd eləmirəm. O cümlədən ad günlərinə də əhəmiyyət vermirəm. Düşünürəm ki, insanın hansı tarixdə doğulması önəmli deyil. Pulumun bol və əhvalımın yaxşı olduğu vaxtlar mənim üçün həmişə bayramdı. Hərçənd, belə pullu günlərim çox az olur. Hədiyyəyə gəldikdə isə özümün dərdiyim çiçəkləri və fantaziyama güvənib əlimlə düzəltdiyim əşyaları bağışlamağı sevirəm. Həyat yoldaşım belə hədiyyələrimə çox sevinir. Hazır alınma, başdanötürmə hədiyyələr bizim üçün cəlbedici deyil, belə şeyləri özü də gedib mağazadan ala bilər. Ancaq görəndə ki, yad eləyib onunçün xüsusi nəsə hazırlamışam, bu əsil sürpriz olur. Məsələn, keçən il biz rayonda olanda mən uşaqlara qoşularaq çöldən bir dəstə bənövşə yığıb ona hədiyyə elədim. Sabaha isə hələ çox var..."



Şərif Ağayar: "Kasıbçılıqdı. Hədiyyə ala bilməyəcəm. Heç kimə."









Varis Yolçuyev: "Adətən hədiyyə cibin həmin günkü ölçüsündən asılı olur. Bu dəfə ətir."








Azad Qaradərəli: "Mən hər il xanımıma ətir bağışlayıram. (Bizim öz sevdiyimiz ətrimiz var.) Əvvəllər gül də alardım, amma indi kiçik bağçamızda nərgizlər açıb, bönövşə də dünəndən boy göstərib. Daha almağa ehtiyac qalmır. Hə bir də, hökmən qırmızı şərab alıram hər il. o

Bütün qadınların bayramını təbrik edirəm, öz xanımım da içində."




Zahir Əzəmət: "Bu sürprizdir. Bunu öncədən açıqlamazlar ki."











Mirmehdi Ağaoğlu: "Bir dəstə gül məncə ona olan sevgi və ehtiramımı ifadə edər."










Azər Qismət: "Heç nə. Çünki 8 Martda ümumiyyətlə heç bir hədiyyə bağışlamıram. Yalnız ad günlərində."