adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Mart 2017 12:41
7768
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan YENİ ŞEİR

Əzrail qapısında-
Növbə tutub durmuşam....
Növbəsiz keçənlərə-
Söz yarası vurmuşam!..

vərəq-vərəq sökülən-
kitabın son nəşriyəm...
yarpaq-yarpaq tökülən-
ağacın son həşriyəm!..

burda da bəxtim yatıb...
burda da sayılmıram!
dəryada gəmim batıb-
SOS-a da ayılmıram!...

gör necə bəndəyəm ki,
kirpiyimdə yaş yanır...
varlığımla çevrəmdə-
ağrı-acı yaşanır!!!