adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Mart 2017 10:40
14235
İQTİSADİYYAT
A- A+

Azərbaycanda dərmanların onlayn axtarışı mümkün olacaq

Azərbaycanın "Online Group” startap şirkəti bu ilin sonunadək "Onlayn-aptek” modulunu "Doctormap” sisteminə inteqrə edəcək.

Adalet.az  xəbər verir ki, bu barədəTrend-ə şirkətdən məlumat verilib.

Bu modul apteklərin məlumat bazalarında dərmanların sadələşdirilmiş axtarışını təmin edəcək. İstifadəçi ona lazım olan preparatların qiymətlərini müqayisə edə biləcək.

Bundan başqa, dərmanların ünvana çatdırılması xidməti də mövcud olacaq.