adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Mart 2017 15:01
34429
ƏDƏBİYYAT
A- A+

MƏMMƏD ARAZIN YUBİLEYİNDƏ AYDIN MƏMMƏDOV NƏYƏ ƏSƏBLƏŞDİ?

1983-cü il, Filarmoniyada Məmməd Arazın 50 illik yubileyi keçirilir. İynə atsan yerə düşməz. Tədbiri görkəmli tənqidçi Aydın Məmmədov aparır.

Aydın Məmmədov çıxışına belə başladı:

- Türk millətinin Məhəmməd adlı üç dahi şairi var. Məhəmməd Füzuli, Məhəmməd Hadi, Məhəmməd Araz…

Bu vaxt zalda oturanlardan biri qalxıb bağırtı ilə dedi:

- Biz türk deyilik!

Aydın Məmmədov acı-acı güldü, sonra elmi dəlillərlə bizim türk olduğumuzu sübut elədi və sonda dedi:

- Bizim dərdimizə bax, biz bütün dünyaya türklüyümüzü sübut elədik, amma özümüzə sübut edə bilmirik.

Aydın Məmmədovun həmin gözəl nitqi həmin vaxt televiziyada da yayımlandı. Və hazırda da AzTV-nin arxivində durur.