adalet.az header logo
  • Bakı 19°C
06 Mart 2017 14:58
21431
MARAQLI
A- A+

TÜRK QƏZETÇİDƏN BİZƏ BİR LƏTİFƏ HƏDİYYƏSİ

Bir nəfər gəlib caminin düz böyründə pivəxana açır. Caminin imamı gedir pivəxana sahibinin yanına, tələb edir ki, Allah evinin yanından öz obyektini götürsün. O da imamı qovur. İmam qayırdır:

- Elə bir dua oxuyacam ki, sənin bu pivəxanan darmadağın olacaq.

Həqiqətən iki gündən sonra pivəxanadakı balonlardan biri partlayır və köşk yerlə-yeksan olur.

Pivəxana sahibi imamı verir məhkəməyə ki bəs, o dua oxudu, mənim obyektim partladı.

Məhkəmə gedir. Hakim imamdan soruşur ki, o düz deyir? İmam:

- Siz nə danışırsız dua oxumaqla obyekt partlayar?

Pivəxana sahibi:

- Yox, sən dua elədin deyə partladı.

İmam:

- Boş-boş danışma, dua-filan. Duayla nəsə ola bilər?

Pivəxana sahibi:

- Hə, niyə olmur? Sən dua etdin, partladı.

İmam:

- Möhtərəm hakim, görmürsüz boş-boş danışır.

Hakim gülüb deyir:

- Bu içki düşkünü, şərab satan duaya inanır, amma din xadimi, bütün günü müqəddəs kitab əlindən düşməyən imam duaya inanmır.