Aqil ABBAS:Körpülənin, ay Türklər, Türkiyəni qoymayın təklənə

AQİL ABBAS
84907 | 2017-03-07 16:00

Almaniya demokratiyanıvə diplomatiyanı ayaqlar altına salıb tapdaq-tapdaq elədi. Türkiyənin iki nazirininbu ölkədə keçiriləcək və əvvəlcədən razılaşdırılmış toplantılarını ləğv elədi. Buda təbii ki, Türkiyəni əsəbləşdirməyə bilməzdi və iki ölkə arasında hazırda böyükbir gərginlik yaşanır. İctimai Televiziyanın sözü olmasın, dünya ictimaiyyəti dəbelə tərbiyəsizliyə hələ də susur.

Qardaş ölkənin cümhurbaşkanısayın Ərdoğandan da bərk təpgi gəldi: «Ben istersem gelirim. Ve kapıdan sokmadığınız zaman, ya dakonuşturmadığınızda da dünyayı ayağa kaldırırım".

Türkiyəni qarışdırmaq,məhv eləmək istəyənlər çox gözəl körpülənirlər. Hətta canavar kimi ağız-ağıza yatanABŞ-la Rusiya da Suriya məsələsində artıq körpülənməyə başlayıblar.

İraq kürdləri iləSuriya kürdlərini birləşdirən bir dəhliz yaranıb və beləlilklə də Türkiyənin Mümbiç və Rakka planının üstündən xətt çəkiblər. ABŞ-ınPYD və YPG terror təşkilatlarına göndərdiyi zirehli texnikalarla yankilər Türkiyəordusu qarşısında «risovkalıq» edirlər.

PKK terrorçularıAvropada, xüsusilə də Almaniyada at oynadırlar, Türkiyə əleyhinə istədiklərini yapırlar.Türkiyənin nazirlərinə isə Almaniyaya girişiqadağan edirlər.

Bəli, Türkiyənindüşmənləri körpülənirlər.

Möhtərəm Prezidentimizİlham Əliyevin Praqada Ermənistan prezidentinə dediyi o məşhur kəlamı xatırlatmağa ehtiyac var: «Türkiyə burda yoxdur, mən burdayam». Biz həmişə Türkiyənin yanındayıq, sevincli günlərində də,kədərli vaxtlarında da. Amma bu azdı. Başqa türk dövlətləri də Türkiyənin yanında olduqlarını isbat etməlidirlər.

Məmməd Araz bir şeirindədeyir:

Körpülənin, ay Arazlar,

Məni qoymayın təklənəm.

Körpülənin, ay türkdövlətləri, Türkiyəni qoymayın təklənə!

1995-ci ildə Almaniyadaneofaşistlər türklərin evlərini yandırmağa, özlərini öldürməyə başlamışdılar. Onda Alparslan Türkeş (Alparslan Türkeş də Alparslan Türkeş idi ey!)Almaniyaya getdi və orda belə bir bəyanat verdi. Dedi, əvvəla layiqli cəzanızı alacaqsınız(ülgüçülər də həmin neofaşistlərin layiqli cavablarını verdilər) və bir də dediki, bircə göstəriş verərəm Almaniyadakı türklər bircə günün içində bankdakı bütünparalarını çəkərlər, Almaniyanın iqtisadiyyatıda məhv olar, özü də arxası üstə düşər. Ondansonra Almaniya əl-ayağa düşdü və neofaşistləri özləri də cəzalandırdı.

Almaniyada 5 milyon türk yaşayır.Yəni Almaniyanın 85 milyon əhalisinin 5 milyonu türkdü və banklarda yüz milyadlarla dollar əmanətləri var. Fikirləşin, həmin pulu çəkirlərvə Türkiyə banklarına yatırırlar.

Mən də çox sadəlövhadamam, türk dövlətlərini Türkiyə ilə körpülənməyə çağırıram. Amma ağlamalısı odur ki, Almaniyadakıtürklərin özləri körpülənə bilmirlər.


TƏQVİM / ARXİV