adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Mart 2017 12:05
9014
MARAQLI
A- A+

Tualetdən pis qoxu gəldi - Təyyarə məcburi eniş etdi

Hindistanın "SpiceJet" aviaşirkətinin təyyarəsi tualetdən gələn pis qoxu səbəbindən məcburi eniş edib.

Trend-in məlumatına görə, göyərtəsində 184 sərnişini olan "Boeing 737" təyyarəsi Banqalor-Dehli reysini icra edirdi. Hava gəmisinin tualetindən gələn pis qoxunun pilotların kabinəsinə yayılması səbəbindən Haydarabad aeroportuna məcburi eniş edilib.

Haydarabadda təmizlik işləri aparıldıqdan sonra təyyarə bir saatlıq gecikmə ilə Dehliyə uçub.