ŞƏHİD KOMANDİRLƏRİM

RÜFƏT SOLTAN
54628 | 2017-03-08 15:18
Fevralın 25-dən26-na keçən gecə baş verən atışmanın sabahsı günü qara xəbərlə oyandım. Əsgəryodlaşlarımdan ard-ardına mesajlar gəlirdi: "Soltanov, xəbərin var,komandirimiz şəhid olub”. Yerimdən qalxıb tez kompyuteri yandırdım, xəbərləriaçıb həyəcanla oxumağa başladım. Kəşfiyyat rəisimiz mayor AqşinAbdullyev və Baş leytenan Tural Haşımlı digər3 hərbçimizlə birlikdə gecə basqını zamanı həlak olublar. Özümə gələ bilmirdim,ötən ilin aprel döyüşlərində 10 ay birlikdə xidmət etdiyimgizir Nicat İsgəndərovun açı xəbərindənsonra növbəti dəfə zərbə almışdım. Daha sonra şəhidlərimizin video görüntüləriyayıldı, izlədikcə hönkür-hönkür ağlayırdım. Ermənistan kanalında yayımlananvideo görüntülərdə erməni şərhçinin sankiheçnə olamamış kimi sakit və aramlı danışıqlarını dinlədikcə hirsimi boğmağaçalışırdım. Həmin gün gözümə yuxu girmədi, şəhid komandirlərimizlə keçən xatirələriyada salmağa başladım...

Hərbi xidmətdövrümün ilk ayları idi. Mənim kimi yeni gələn əsgərlərlər sıra nizamnaməsi öyrənir, saatlarla fərəqətdə dayanır, idman təlimləri keçirdik. Lənkərandayerləşən N saylı hərbi hissədə keçən bir aylıq xidməti dövrümdən sonra təyinatımızınnövbəti ünvanı Astara olacaqdı. Amma əvvəlcə ixtisaslara bölünməliidik. Fiziki gücümə və hədsiz marağıma inanıb kəşfiyyatçı olmaq istəyirdim. Bizəverilən şansdan yararlandım. rargah rəisi əsgərləri bir yer topladı. Artıqixtisaslara bölünməyin zaman çatmışdı. Tələsərək kəşfiyyat bölüyünə adımıyazdırdım.Bundan sonrası mayor Aqşin Abdullayevin seçimlərindən asılıidi. O deyirdi ki, hər kəs kəşfiyyatçı ola bilər, lakin bu adı hər adamdaşıya bilməz. Boyumun balaca olması məndə tərəddütlər yaradırdı.Ancaq inanırdım. Hərbi hissənin kəşfiyyat rəisi olan mayor Abdullayev daha əvvəlbizimlə söhbətində kəşfiyyatçıların vəzifə və borclarının sıravi əsgərlərdəndaha çətin olduğunu və yüksək əzmkarlıq tələb etdiyini deyirdi. Sıra düzülüşünə məqamyetişmişdi, cәnab mayor sıra baxışı keçirən zamanı seçilmiş əsgərlər Astaraya, kəşfiyyat bölüyünə göndəriləcəkdi. Sıranın ortalarında mövqe tutmuşdum, həyəcanlanövbənin mənə gəlməsini gözləyirdim. Başım dik, fərəqətdə dayanmışdım. Gözlərimsəmaya baxsa da bütün diqqətim kəşfiyyat rəisimizdə idi. Mayor Abdullayev dəqiq və qərəssiz adam idi. Fizikigörünüşümə baxıb inandı və barmaq işərasiilə məni kəşfiyyat sıralarına seçdi. Çox sevinciliydim. Vətənimi lazımıncaqoruyacağıma inanırdım. Özümdə kəşfiyyatçı ruhu hiss etməyə başlamışdım. O şəxski, illərdir ömrünü ordu sıralarında kəşfiyyatçılığa həsr etmiş insan idi, onunəsgəri olmağın verdiyi qüruru izah etmək çox çətin gəlir mənə. Mayor Abdullayevlə daha sonra yenə görüşdük...

Onunla maraqlı bir hadisə yadıma düşür. Bir dəfəyatdığımız kazarmada gecə saatlarında bəzi əsgər yoldaşlarım oyaq idi. Əsgərinoyaq olması normal haldır, çünki ailə, doğma həsrətini çəkənlərin bəziləriningözünəyuxu girmirdi. Bəziləri isə gizlincə telefon işlədirdilər. Məhz həmin gecə mayor Abdullayev kəşfiyyatçılıq məharətini göstərdi. 34 yaşlızabit kazarmanın pəncərəsindən içəri elə girdi ki, oyaq əsgərlərin ruhu beləbunu hiss etmədi. Hadisədən sonra telefon işlədən əsgərlərin cəzalandırılmasılazım idi. Lakin rəis onlara cəza vermədi. Gecə yarısı bütün kazarmada düzülmüşdük.Biz yuxudan yeni ayıldığımız üçün hadisədən xəbərəsizidik. Əllərində telefon tutulan əsgərlər isə qorxudan tir-tir əsirdilər. Etdiyiqəbahətin yüksək rütbəli zabit tərəfindən aşkarlanması əsgər üçün böyük dərdolmalıdır. Kəşfiyyat rəisimiz sakit və təmkinli adam idi. Qarşısındakı əsgərinqürurunu heç vaxt sındırmazdı. Kazarmada o baş,bu baş yavaş addımlar atırdı. Düşnürdü... Onu hələ yaxşı tanımadığımız üçün bizi nələringözləyəcəyini bilmirdik. Beləliklə, bizi həsrətdə qoyan həmin an yetişdi. Mayor günahkarları önə çıxarmadı, sadəcə bizə bir təlimçi kimi dərs keçdi. Biraz əvvəl nümayiş etdirdiyi kəşfiyyatçılıqtəcrübəsini bilməyənlərə də izah elədi.Daha sonra əsl kəşfiyyatçının necə olmalı olduğu haqqında mülahizələrsöylədi. Kazarmada hər kəs diqqətlə onu dinləyirdi. Günahkar əsgər yoldaşlarımbelə bir anlıqqorxu həyəcanını unudub diqqətlərinirəisin çıxışına cəmləmişdilər. O gecədən sonra bir də heç kim cürət edibtelefon işlətmədi...

2 ay birkitaba sığmaz desəm inanarsınızmı? Astarada keçən dövrümüz elə 2-3 cild kitabedər. Şəhidkomandirimiz Başleytenan Tural Haşımlını ilk dəfə görəndə üzündənsanki nifrət və hirs yağırdı. O, mayor Abdullayev kimi sakit təbiətli insan deyildi. Qarşısındakı əsgərin kiçik səhvinibelə bağışlamazdı, ani xətanı sezdiyi zaman yafiziki gücü ilə ya da acı kəlmələri ilə reaksiya verərdi. Hələ onunla görəcəkgünlərimiz vardı. Bunu biz əsgərlər bilməsək də mayor Abdullayev çox yaxşıbilirdi. Yeni seçilmiş kəşfiyyatçı əsgərlərlə söhbətində də sanki ağır işgəncələrinbizi gözlədiyindən xəbər verən nitqlər söyləyirdi.

Astaragözəl şəhərdir, Baş leytenant Haşımlı isə oranı bizə "cəhənnəm etmişdi. Düz edirdi, axı bizi xəbərdar etmişdilər. Həftələrlə baştutan ağır təlimlərdən sonra əsl idmançılara dönmüşdük. Komandir hər dəfəsində əzmli duruşu və sərt bağışları ilə sanki verdiyi əmrinicrasını izləməkdən həzz alırdı.Hərbçi sərtolmalıdır, həm də dürüstlük və mərdliyi özündə ehtiva etməlidir hər zaman. Komandirin özünəməxsus cəzalandırmamedotları da vardı. Əsgərinin cəzasını həmişə özü verərdi. Ətimizi yesə dəsümüyümüzü heç vaxt atmazdı. Bölük komandirimiz olduğu 2 ay rəzində çox"priçina”lar etdik, kazarmada davalarımız oldu, dəfələrlə sıra düzülüşlərinəgecikdik və s. bu kimi hallarda sakit və təmkinini içində boğsa da hirsləriniverdiyi cəzalarda üzə çıxarırdı. Buna baxmayaraq əsgərini daim qoruyan zabitidi.

Bir dəfəmənə Bakıdan böyük "pasılka” gəlmişdi. İçində çeşidli ev yeməkləri,ərzaqlar vardı. İstirahət vaxtı əsgər yoldaşlarımı da çağırıb mülki qidalarıonlarla bölüşdüm. Daha sonra yoldaşlarımdan xahiş etdim ki, yeyib bitirdikdənsonra qalıqları salafana büküb atsınlar. 40 nəfərə yaxın əsgər yoldaşıma yetəcəkqədər ərzaq var idi, hamısı da azdan çoxdan dadmışdı. Ancaq bir nəfər qürurunasığışdırıb yeməkdən sonra qalan tullantını zibil çöpünə atmadı. Kazarmaya baxışkeçirən komandirimiz Baş Leytenan Haşımlının bir torba yeyinti qalığı gözündənyayına bilməzdi. Bayıra çıxdı və əmr verdi: Bölük düzlən!

Hər kəsbir nəfər kimi qaçaraq düzüldü:

-Kazarmadakızibil torbası kimindi?

Mənimhadisədən xəbərim olmadığı üçün həmin torbanın atılmadığını komandirdən öyrənmişdim.Sırada bir qədər sükut yarandı. Artıq hər şeyi anlamış, yoldaşlarımdan bərkincimişdim. Bir addım önə çıxıb cavab verdim:

-Mənimdirkomandir

-Geto torbanı gətir bura!

-Oldukomandir!

Əmrətabe olub qaçaraq kazarmaya daxil oldum. Düşünürdüm ki, torbanı gətirib təhvilverəndən sonra izah etmək üçün şansım olacaq. Ancaq yanılmışdım. Həmin torbanıgətirib yerə qoydum. Komandir məni bir müddət jim vəziyyətində saxladı. Ürəyimyoldaşlardan qırılmışdı...

-Aparbunu at zibil qutusuna sonra keç sıraya!

-Oldukomandir!

Axşamyat kamandası verildi. Yuyunub təmizləndikdən sonra bir-bir kazarmaya daxilolurduq. Ən sonda içəri mən girdim. Məni pis vəziyyətdə qoyduqlarına görə yoldaşlarıma"Çox sağolun” deyib sakitcə yatağıma uzandım. Bundan sonrası mənə maraqlıdeyil, artıq kim vicdan əzabı çəkir, kim çəkmir özləri bilər! Məni düşündürənkomandirin sıra önündə etdiyi hərəkət idi. Qətiyyən onu qınamırdım, əksinə bunagörə özümü günahlandırırdım. "Müsəlmana yaxşılıq yoxdur” kəlməsini doğru deyiblər.Mənə qalan öz səhvimin cəzasını çəkmək idi. Çəkdim! Və öyrəndim ki, komandirlərheç vaxt haqsız olmur. Aprel döyüşlərində gizirimizidən savayı bir neçətandığım çavuşlar, əsgər yoldaşlarım da şəhid oldu, yaralanalar da var idi.Onların içində safları, mənəviyyat zənginləri, kişiləri, dürüst və mərdlərivardı. Ancaq nə qədər axtardımsa birvicdansızını tapa bilmədim.

Şəhidkomandirlərimin hərbi xidməti dövrümün ənyadda qalan simaları oldu. 3 aylıq təlimlərdən sonra ön cəbhəyə yollandıq. Dahasonra öyrəndim ki, rəis və komandirmizin təyinatları ön cəhbədə yerləşənrayonlardan birinə verilib...

Tanıdığımqəhrəmanların tanışlarım olması mənə şəraf və qürur verir. Bəlkə də mülki həyatdaonlarla görüşəcəkdim, müsahibələr alacaqdım. Tale elə gətirdi ki, şəhid komandirlərim indi bu xatirə yazılarında dəfn olunur. Bir gün qisasınızı alacayıq!

Rüfət SOLTAN


TƏQVİM / ARXİV