adalet.az header logo
  • Bakı 18°C
04 Mart 2017 15:29
8768
ELM VƏ TƏHSİL
A- A+

AzTU tələbələri IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır

Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələrinin qeydiyyatdan keçən tələbələrlə görüşü keçirilib.

Tədbirdə AzTU-nun prorektoru İsa Xəlilov bildirib ki, seçilmiş bu gənclər ölkəmizin güzgüsü olacaq və Bakı şəhərinə gələn qonaqlar üçün fərqli bir mühitin yaradılmasına kömək edəcəklər. Qeyd olunub ki, AzTU-nun 400-dən çox tələbəsi könüllü olaraq qeydiyyatdan keçib. Ölkəmizi təmsil edən bu tələbələr martın 7-dən açılış və bağlanış mərasimlərində iştirak etmək üçün təlimlərə başlayacaqlar. Çıxışının sonunda prorektor seçilmiş tələbələrə təlimlərdə iştiraklarına məsuliyyətlə yanaşmalarını tövsiyə edib.
Respublika üzrə "Bir tələbə könüllü” proqramının nümayəndələri sonda çıxış edərək ötən illərin genişmiqyaslı tədbirlərində AzTU tələbələrinin uğurlu iştiraklarına görə universitet rəhbərliyinə öz təşəkkürlərini bildirib və həmin tələbələrə Təhsil Nazirliyi tərəfindən sertifikatlar təqdim ediblər.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan "Bir tələbə könüllü” proqramına Azərbaycanın ən layiqli gəncləri toplanaraq ölkəmizi təmsil edirlər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.