“Kiminsə dərdi bəzən bizə gülməli gəlir...”

ETİBAR CƏBRAYILOĞLU
61512 | 2017-03-03 18:31

Ötən əsrin 90-cı illəri, Azərbaycan kəndlərindənbiri. 6 qız uşağının böyüdüyü ailədə evin böyük övladı ­­­­­­­­­­Gülşahın ənböyük arzusu tezliklə özünə ömür-gün yoldaşı tapıb ərə getməkdir. Bəs buistəyini necə həyata keçirsin?

Bu yaxınlarda ekranlara çıxan "Ər quyusu” filminiizləyənlər hadisələrin necə bitəcəyini artıq yaxşı bilirlər. Biz isə həm buekran işinə baxanları, həm də hələlik baxa bilməyənləri Səidə Haqverdiyeva ilətanış etmək istəyirik. "Ər quyusu” gənc yazıçı Səidə Haqverdiyevanın "Qaraqızın qara bəxti” hekayəsi əsasında çəkilib. Maraqlıdır ki, filmin quruluşçurejissoru da elə Səidə xanım özüdü. Bu, gələcəkdə kinorejissor kimi tanınmaqistəyən istedadlı xanımın kinoda ilk işidir.

8 Mart - Beynəlxalq Qadınlar günü ərəfəsində SəidəHaqverdiyevanı müsahib seçməyimiz təsadüf sayılmamalıdır. Axı o, debüt filmindəvə bundan sonra çəkəcəyi ekran əsərlərində qadın mövzusuna toxunmaq istəyir...


- Səidə xanım, sizinlə əvvəlcə filmin ssenarimüəllifi kimi danışaq. "Ər quyusu” filmi "Qara qızın qara bəxti” hekayənizəsasında ərsəyə gəlib. Filmin qala-gecəsindəki çıxışlardan belə anlaşıldı ki,ssenariyə mərhum ananızın xatirələrini də əlavə etmisiniz...

- Tanıyanlar bilir, anam çox maraqlı həmsöhbət idi.Şahidi olduğu və ya eşitdiyi hadisələri elə şirin nəql edirdi ki... Danışdığıhər bir əhvalata uyğun bir atalar sözü, zərbi-məsəl deməyi də var idi. Yəqinki, böyüdüyü ailədəki mühit də bu məsələyə təsir göstərmişdi. Anamın atasıNaxçıvandan, anası isə Ağcabədidəndir. Ssenariüzərində çalışanda anamın danışdığı əhvalatlardan bəzi epizodları da əlavəetdim. Film hazır olanda anama göstərdim və çox bəyəndi. Düzdü, etiraz etdiyiməqamlar da oldu.

- Məsələn...

- Bəzi obrazlar anamın yaxınlarının, tanıdığıinsanların prototipləri idi, bu məsələni dərhal tuta bilmişdi. Təəssüf ki,filmin viziona çıxmasını görmək, qala-gecəsində iştirak etmək anama nəsibolmadı...

- Bəs niyə məhz "Ər quyusu”?

- Əvvəlcə filmin adını "Toyunuz mübarək!” kimi düşünmüşdük.Amma sonra fikirləşdik ki, ərə gedən, ailə quran hər insan xoşbəxt olmur.Ssenarinin sonunda yeni ayaqyolu üçün qazılan quyunun ər quyusuna çevrildiyininəzərə alıb filmin adını "Ər quyusu” qoyduq.

- Tanınmış satirik şair və dramaturq RüfətƏhmədzadənin gəlininin komik situasiyalarla dolu ssenari yazması çoxları üçünyəqin ki, təəccüblü olmamalıdı...

- Janr etibarı ilə bizim film tragikomediya kiminəzərdə tutulub. Həyat elədir ki, insanların dərdləri, ağrıları bəzəndigərlərinə gülməli gəlir. Konkret filmdən danışsaq, Gülşahın ali təhsil almaq,uğurlu karyera qurmaq kimi bir niyyəti yoxdur. Onun bir dərdi-səri var-ərəgetmək. Gülşah hətta kəndin ən bivec oğlanına da arvad olmağa razıdı... Beləhallara bu gün də rast gəlirik. 90-cı illərdə isə problem daha qabarıq hissolunurdu, çünki gənclərimiz yaxşı dolanışıq qurmaq ümidi ilə kütləvi şəkildəRusiyaya gedirdi. Həmin cavanların əksəriyyəti də iş yeri tapdığı şəhərdə həm dəbaşqa millətin nümayəndələri ilə ailə qururdu. Azərbaycan kəndlərində onlarınyolunu gözləyən qızlar isə arzularını reallaşdıra bilmədiklərinə görə vaxtındanəvvəl qocalırdılar.

Sualınızın Rüfət Əhmədzadə ilə bağlı hissəsinəgəlincə isə onu deyim ki, təkcə həyat yoldaşımın atası kimi yox, həm də ən çoxoxuduğum müəlliflərdən biri kimi ondan bəhrələnməyə çalışmışam.


- Günlərin bir gününü "Ssenarimi məhz özümçəkəcəyəm” - deyib qərar verdiniz...

- Əslində, bu, bir günün qərarı deyildi. Uşaqyaşlarımda ən böyük arzum aktrisa olmaq idi, təəssüf ki, valideynləriminqadağası üzündən bu istəyimi həyata keçirə bilmədim. Böyüdükcə duyurdum ki, bu,keçici bir hiss deyil, ona görə də istedadımı başqa yaradıcılıq sahələrindərealizə etməyə başladım. Qəzetlərdə, telekanallarda çalışdım, bədiiəsərlərimdən ibarət "Gözüm qaldı gözündə”, "İsanın yatağındakı ilahə”kitablarım işıq üzü gördü. Uşaqlar üçün yazdığım "Toplan” pyesim Təbrizdəsəhnəyə qoyuldu. Bu gün də Dövlət Kukla Teatrının nəzdindəki "Oyuq”teatr-studiyasına rəhbərlik edirəm. Amma bilirəm ki, əldə etdiyim uğurlar tammənim istədiyim deyil.

Bayaq dediyim kimi, özümü kinorejissor kimisınamaqla bağlı qərar qəfildən verilmədi. Mən həmişə izlədiyim istənilən filmiəvvəldən sonuna kimi beynimdə başqa cür qururam. Hekayələrimi oxuyanmütəxəssislər, dünyagörüşlərinə, zövqlərinə inandığım insanlar mənə deyirdilərki, əsərlərin kino elementləri ilə zəngindir. Sankt-Peterburq İncəsənətUniversitetində mənə təhsil verən müəllimlərim də bu bacarığımı xüsusi qeydedirlər. Tanınmış jurnalist, yaxın rəfiqəm Sevda Sultanova ilə söhbətlərimdə oməni özümü kinorejissor kimi sınamağıma inandırdı, dəyərli məsləhətləriniəsirgəmədi.

Kinorejissor kimi debütə başlayan ərəfədə ən böyükmaddi və mənəvi dəstəyi həyat yoldaşımdan aldım. Rəşad bəy mənə üç varianttəklif etdi - ya çoxdankı arzum olan Avropaya səyahətə getmək, ya avtomobilalmaq, ya da film çəkmək. Mən üçüncünü - filmçəkməyi seçdim. "Ər quyusu” çox kiçik bir büdcə ilə ərsəyə gəldi, çünkiəvvəlcə qısametrajlı film kimi nəzərdə tutmuşduq. İşin gedişində planlarımızdəyişdi və tammetrajlı film alındı. Mənimlə birgə çalışan komanda qısa birzaman çərçivəsində və dediyim kimi, az maliyyə xərcləməklə bunu bacardı. ÇəkilişləriBakıda, Şamaxıda, Cəlilabadda və Tərtərdə apardıq. Ssenari müəllifi vəquruluşçu rejissor kimi əməyi keçən hər kəsə bir daha təşəkkürlərimi yetirməkistəyirəm.

- Baş rola Dövlət Musiqili Teatrının istedadlı aktrisasıÜlviyə Əliyevanı çəkəcəyiniz də yəqin elə gündən aldığınız qərarlardan biriidi...

- Şübhəsiz. Film barədə düşünəndən Ülviyə xanımıGülşah rolunda görürdüm, çünki onun istedadına, aktrisa kimi imkanlarına bələdidim. Məsələnin digər bir tərəfi də var, Ülviyə həm də sadiq dost, olduqcasəmimi insandı. O, bu film üçün çox fədakarlıqlar etdi, hətta qonorarsızçəkilməyə belə razı oldu.

- Dövlət Kukla Teatrının gənc aktyoru Cavid Telman"Ər quyusu”ndakı rolu ilə kinoda debüt etdi. Qala-gecəsindəki reaksiyalardanbelə başa düşdüm ki, tamaşaçılar Cavidin ilk işini bəyəndilər...

- Cavid Telman çox qısa bir zamanda Kukla Teatrındaistedadını realizə edə bildi. Caviddə bir xasiyyət var, bütün günü teatrındəhlizində qızlara durmadan şeir deyir. Filmin çəkilişlərindən əvvəlki ilkməşqlərimizdə gördüm ki, Cavid obrazı tamam fərqli oynamaq istəyir, kimisəyamsılayır. Mən ona dedim, Cavid, sən elə özünü oynasan çox maraqlı alınacaq.Quruluşçu rejissor kimi Cavid Telmandan istədiyimi ala bildim və onun kinodakıilk uğuruna görə sevinirəm. Düşünürəm ki, o, bundan sonra digərkinorejissorların da diqqətini çəkəcək.

- Son vaxtlar bizdə daxili bazara hesablanan,kommersiya xarakterli çoxlu filmlər istehsal olunur. Belə bir ortamda "Ərquyusu” özünü necə hiss edəcək?

- Bu işə başlayanda filmi festivallar üçün nəzərdətutmuşdum, lakin sonradan iddiamdan bir qədər geri çəkildim. Bunun da özsəbəbləri var. Dediyiniz kimi, bu gün Azərbaycanda ciddi büdcəli, reklamıyüksək səviyyədə qurulan filmlər viziona çıxır. Onlarla rəqabət aparmaq heç dəasan deyil. "Ər quyusu” isə birbaşa mənim tanıtımıma xidmət edən filmdir. Tamsəmimi deyim ki, "Ər quyusu”ndan maddi qazanc güdmürəm. Müşahidələrimə vəaldığım informasiyalara görə, "Nizami” Kino Mərkəzində nümayiş etdirilən bizimfilmə tamaşaçı marağı heç də pis deyil.

- Kinorejissor kimi debütü uğurlu alınan Səidəxanım indi hansı planlar cızır?

- "Conson” adlı hekayəm əsasında qısametrajlı filmçəkməyi düşünürəm. Ətrafdakı insanlardan küsən, qaynar şəhər həyatından bezərəkbağ evinə sığınan və həyətdəki itlə dostluq edən bir köhnə bakılının dramındanbəhs edən film olacaq. Sırf festivallar üçün nəzərdə tutulacaq. Yaxın zamanlarüçün komediya janrında film çəkmək kimi bir planım yoxdur, nə vaxtsa belə birehtiyac hiss etsəm, Rüfət Əhmədzadənin çox sevdiyim "Bildirçinin bəyliyi” pyesiəsasında film çəkəcəm.

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV