adalet.az header logo
  • Bakı 12°C
03 Mart 2017 17:55
15382
İQTİSADİYYAT
A- A+

Neft Fondu bu layihədən 123 milyard qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il martın 1-dək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 123 milyard 102 milyon ABŞ dolları gəlir əldə edib.

ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, bu ilin yanvar-fevral aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 993 milyon dollar vəsait daxil olub.